adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 10:18
72
GÜNDƏM
A- A+

Çağrı xidmətləri vahid platformada təqdim olunacaq - “Aztelekom”

“Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların 2025-ci ildə “Aztelekom” MMC-yə birləşdirilməsi  səbəbindən çağrı xidmətləri vahid platformada təqdim olunacaq. 

Adalet.az xəbər verir ki,  “155” xidməti mərhələli şəkildə “170” Çağrı mərkəzinə inteqrasiya olunur.

Məlumat üçün bildirək ki, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən etibarən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, bu dəyişiklik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.