Bakıda 7 evdən oğurluq etdilər - VİDEO
Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar.
Adalet.az xəbər verir ki, onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.
Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.
Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51
196 ölkədə axtarılan azərbaycanlı belə ələ keçirildi - VİDEO
16 Aprel 2026 11:07
Binəqədidə saxlanılan şəxslərdən 54 kq narkotik vasitə aşkarlandı - VİDEO
15 Aprel 2026 16:31


Bakı -°C

