adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Sentyabr 2015 12:18
99545
RUBRİKA

Cadugər keşiş və nur simalı ravvin – Fotoreportaj

Azərbaycan tolerant ölkədir. Lakin Rav Avram buanlayışı düzgün hesab etmir. O deyir ki, tolerantolmaq başqa dinlərə qarşı dözümlü olmaq deməkdir ancaq: "Biz Dağ Yəhudiləriicması bütün dinlərə hörmət edirik, hansısa dinə qarşı dözüm nümayişetdirmirik. Dinlərə dözmək yox,hörmət etməklazımdır. Allahın üç müqəddəs kitabı var. Biz də çalışırıq ki, bizə endirilənkitaba (Tövrata) hörmət və sevgi bəsləyək. Roşa-Şanay və Rim-Küpum kimi müqəddəsbayramlarımız var”.

Buxüsusi günlərdə Yəhudi icması Bakının Nəsimi rayonu ərazisində yerləşən Dağ YəhudilərininSinaqoquna yığışırlar. Sözü gedən ünvana iki dəfə yollandım. İlk baş çəkdiyimgün yuxarıda qeyd edildiyi kimi, yəhudilər üçün müqəddəs sayılan Yom-kipurbayramı gününə təsadüf etdi. Həmin gün İsrail səfirinin və bir çox qonaqların gəlməsigözlənilirdi. Reportaj hazırlamaq istədiyimi öyrənəndə buna hörmətləyanaşdılar, lakin bildirdilər ki, bu gün bayramdır, görkəmli şəxslər qonağımızolacaq. Başqa vaxt gələrsiniz. Əslində Allahın evinə təşrif buyuran birini geriqaytarmağın nə qədər doğru olduğunu dərk edə bilmirdim. Necə deyərlər,əli boş geri qayıtdım.Növbəti dəfə gəlişimiz həftənin şənbə gününə təsadüfetsə də, ümid edirdik ki, adi günlərdən biri olacaq və bizreportajımızı hazırlaya biləcəyik. Təəssüf, bu dəfə də bayram idi – Roşa Şanaybayramı. Ravin bildirdi ki,bu xüsusi bir gündür, hərşənbə qeyd olunur. Təəssüf edirəm ki, sizə kömək edə bilməyəcəm. Səbəbinisoruşanda maraqlı cavab eşitdim. Sən demə,"Roşa-Şanay”ın özəlliyi ondan ibarətdir ki, bu gündə heç bir iş görmək olmaz.Sinaqoqa daxil olmamışdan öncə elə hesab edirdim ki, bundan öncə gəzdiyim kilsəvə məscidlərdəki kimi birbaşa ibadət salonunu görəcəm. Ancaq tamam fərqlimənzərəilə rastlaşdım. Heydər Əliyev fondunun dəstəyi ilə 2011-ci ildə tikilmiş sinaqoquniçərisində onların ayrıca ofisləri də var idi. Rəhbər mənim muxbir olduğumu biləndəikinci mərtəbədə yerləşən ofisinə dəvət etdi. Elə orada öyrəndim ki, bayramla əlaqədarolaraq gəlişimiz uğursuz nəticə verəcək. Onların dini ayinlərinə görə hər hansıbir iş görmək bu bayramda xüsusi olaraq günahsayılır.

Nəysə...Ataların sözünə qulaq asıb üçüncü dəfə həmin ünvana yollandım. Bu dəfəatalarımızın haqq üzünün şahid olmuşdum. Sinaqoqda dayanan mühafizəçidəntutmuş işçilərə qədər artıq hər kəs məni tanıyırdı,bircə ravvindən başqa. Müsahibəalmaq üçün ən lazımlı adam o idi. Mənixoş üzlə qarşılayıb ravvinlə tanış etdilər. Adı Avram idi. Rav Avram haqqında təəssüratyaratmaq üçün əvvəlcə onu qeyd etməliyəm ki, bundan öncə baş çəkdiyim katolikkilsəsinin  patriarxından fərqli olaraqsaqqal düzümü bizim axundların saqqalından fərqlənmirdi. Sadə geyimli ravın səmimiyyətidə diqqətimi cəlb etməyə bilməzdi. Təbiiki, mən ora başqa dinin təmsilçisi kimi yox, qəzet müxbiri kimi getmişdim.

Müsahibimdeyir ki, sizin hər dəfə gəlişiniz bayram gününə təsadüfedib. Ümumiyyətlə bizdə hər şənbə günü Roşa-Şanay bayramıdır. Gün ərzində 3 dəfəibatət etdiklərini söyləyən Rav bildirdi ki, ibadətlər səhər saat doqquzunyarısı, günorta dördradələrində, axşam ibadətiisə günortadan bir saat sonra edilir. Bayram günləri səhər namazındansonra qonaqlara yemək verilir: "Bu zaman hər hansı ədvanın yanında mütləq balda olmalıdır. Bal firavanlıq rəmzini daşıyır. Bundan əlavə biz hər şənbə axşamsaat səkkiz radələrində başlayaraq 26 saat ərzində oruc tuturuq. Həmçinin uzunmüddət dayanmadan ibadətlə məşğul olur, dini kitabları oxuyuruq. Bu, bəzən 7-8saat vaxt aparır. Yəhudilərin müsəlmanlarla oxşar tərəflərinin olduğunun fərqinəvarmaya bilməzdim. Söhbətimiz əsnasında söylədim ki, dinlərimiz arasındaoxşarlıqlar çoxdur. O isə cavabında Yəhudi və İslam dinləri arasında ən böyük vəvacib oxşarlığın təkallahlıq olduğunu söylədi: "Ola bilsin ki, digər ayinlərdəyaxınlıq olsun ancaq onların yerinə yetirilməsində böyük fərq var”.

Sinaqoqunçıxışında hətta üzərinə "Sadaqo” yazılmış sədəqə qutusu gözümə dəydi. Rav Avramdeyir ki, bura gələn insanlar həmin qutuya pul atırlar. Yığılan məvaciblərin nələrəxərcləndiyini soruşanda isə cavab verdi ki, əsasən sinaqoqüçünxərclənir. Bəlkə də bir qədər uzaq din olduğu üçünravın həmin qutu barədə dediklərinə şübhə etməyə bilməzdim. Bizim məscidlərdəqoyulan eyni funksiyalı qutuların içərisindəki qənimətlərin hara getdiyi barədəçox söhbətlər eşitmişik.

 

Sinaqoqda cadu edilərmi?

Bu sualheçnədən yaranmayıb. Hər alda əvvəlcə eşitdim, daha sonra rus kilsəsində bunu şahidioldum.

Qeydetdiyim kimi, bir müddət öncə Bakının "28may metrosu yaxınlığında yerləşən katolik kilsəsinə dəgetmişdim. Məni sinaqaoqa aparan səbəb bu kilsədə eşitdiklərim olduğukimi, patriarxla görüşməyə vadar edən səbəb də var idi – cadu.

Əslində cadununqeyri-məscid, qeyri-kilsə və qeyri-sinaqoq bir məkanlarda - gizli yerlərdəedilməsi ilə bağlı düşüncələrə sahib idim. Ona görə də kilsələrdəbu işlə məşğul olunduğunu öyrənəndə təəccüblənmişdim. Paytaxtdakı dini mərkəzlərləbağlı reportaj hazırlamağım üçün əsas motiv bu olsa gərək.

Ən əsasıonu deyə bilərəm ki, Katolik kilsəsində xristianlardan çox müsəlmanlar rastımaçıxdı. Elə kilsədə olanlar haqqında mənə məlumat verən də müsəlman idi.  İçəri girib kənarda quraşdırılmış skamyalarınbirində əyləşdim. Tamaşa etdiyim mənzərə həm maraqlı həm də təəccüblü idi. Təsəvvüredin ki, buraya gələn müsəlmanlar sanki təcrübəli xristianlarkimi ibadət edirdlər. Əvvəlcə öz məvacibləri hesabına şam alır, daha sonra həminşamları İsanın şəkli önündə yandırıb dua edirdilər. Təbii ki, oxuculara damaraqlı gəlir ki, kilsədəki müsəlmanlarınecətanımaq olar? Əslində bu çox sadədir: "Hər şey onların şamı yandırıb İsanınönündəki şamdana bərkitdikləri ana qədərdir”. Bundan sonra əsl müsəlmanlara xasolanhərəkətlə - əllərinigöyə açıb dua etməyə başlayırlar”. Yəqin bu, məscidə gəlib mindaş qurmaq qədər çətindeyil. Daha sonra gəlib yanıma əyləşən Aidə xanımla söhbətim zamanı əsl həqiqətləraydın olmağa başladı. Bilmirəm bəzi müsəlman təbəqələrimizin bunu necəsə sadə şəkildəqəbul edir, ancaq mən elə düşünürəm ki, bu cahilliyin katastrofik həddidir.Eyni dinə qulluq etdiyim həmsöhbətim deyir ki, onlar buraya çox vaxt dua etməyəgəlirlər: O şamları satanlar də elə bizimkilərdir. Bəzi vaxtlar bura cadu etəməküçün gələnlər də var. Bunun sadə üsulu var: istədikləriadamın şəklini gətirib keşişə verirlər, odarusdilində bir-ikidua oxuyub həmin şəklin üzərinə su səpir. Beləliklə cadu etmə prosesi bitmişhesab olunur.

- Sizcadu etdirirsiniz burda?

- Yox,qətiyyən, mən cadu etməyi xoşlamıram, axı nəyə görə kiminsəevini yıxım? Bura da məscid kimi Allahın evidir, burada pislik etmək doğrudeyil.

- Caduyainanırsınız...

- Həəlbəttə inanıram, hətta sizə deyim ki, yəhudilərinsinaqoqu var, yaxınlıqda yerləşir, orada da caduedirlər, özü də yəhudi cadusu güclü olurha..

Hərhalda bu qadının dediklərinə təəccüblənməyə bilmirdim. Ancaq çalışırdım ki,buna adi hal kimi baxım. Aidə xanım əlindəki dəftərdə nəsə oxuyurdu. Orada nəyazıldığını soruşanda dedi ki, bunu onun üçün keşiş yazıb: "Keşiş dedi ki, buduanı ancaq kilsədə oxuya bilərsən, başqa məkanda oxusan təsiri olmayacaq. Məndə nəvəm üçün gəlmişəm  bura, hər gün gəliboxuyuram ki, bir köməyi dəysim. Nəvəm xəstədir, ümidim də qalıb bu kilsəyə”.

Sinaqoqunravvini cadu ilə bağlı sual ünvanlayanda gülürdü: "Yox qətiyyən!.. Digərsinaqoqları deyə bilmərəm ancaq biz buna yol vermirik. Necə ki, İslamaziddir,  eləcə də bizdə cadu etmək yalnışəməl hesab olunur. Doğrudur, dua üçün gələnlər var. Kimsə xəstə olur, yaxudkiminsə xəstəsi olur, gəlir yanımıza ki, onlar üçün dua oxuyaq. Bunu Allah üçünedirik. Bəzən elə olur ki, bir müsəlman gəlir yalvarır ki, cadu edək. Nə qədərtəəccüblü görünsə də belə bir maraqlı hadisələrlə üzləşmişik. Biz də məcburolub yaxınlıqda yerləşən digər sinaqoqun yolunu götəririk ki, gedin orada sizinüçün cadu edərlər.

-  Edirlərorda?

- İnanmıram.

- Bəsniyə cadu məsələsində sinaqoqların adı çəkilir?

- Azərbaycandabir neçə sinaqoq var, Qubada da var. Ola bilsin məzhəbimizdən kimsə bu günah əlatıb.

RavAvram deyir ki, bu cür cahillikdən doğan hallar dinimizin nüfuzuna xələlyetirir: "Yəhudi dininə maraq və etiqad səviyyəsi yüksəkdir. Biz dinimizə qarşımühavizəkarıq. Əgər kilsələrdəki, kimi dindən kommersiya məqsədi ilə istifadəetsəydik, halımızın nə vəziyyətə düşəcəyini təsəvvür edə bilmirəm”.

-  Maraqlıdır,sizə yaxınlaşıb dininizi qəbul etmək istəyənlər olubmu?

-  Əlbəttə,çox olub, hətta onlarınarasında müsəlmanlar davar. Ancaq biz buna razı olmamışıq. Bəzən olubki,istəklərini geri qaytardığımız təqdirdə aramızda mübahisə yaranıb. Yəhudidinini sıfırdan başlamaq çətindir. Bu sadəcə gəldim və yəhudi oldum kimi sadəproses deyil. Digər tərəfdən isə razı olmarıq ki, müsəlman yəhudi olsun. Hərkəsinöz dini ayinləri, öz təriqəti var. Biz ata-babalarımızdan görüb yəhudi olmuşuq.Eləcə də digər dinilərdə belədir.

 

Cadu və fal var amma...

O kiqaldı İslamda caduya göstərilən münasibətə,bununlabağlı qəzetlərin birində AMEA Əlyazmalarİnstitutunun əməkdaşı, dinşünas Hacı Musarza Heydərovun fikirləri rastımaçıxdı. O deyir ki, cadunun İslamdan əvvəl mövcud olan bir elm olub. Onunsözlərinə görə, bəzi zəruri hallarda cadunun təsirini "Fələq” və "Nas” surələriilə ləğv etmək olar.

"Caduelə bir elmdir ki, insanlar daim ondan yararlanıb zamanı qabaqlamaq istəyirlər.Peyğəmbərin özünə də cadu edilib. Onda Allah-təala əmrinə görə, "Fələq” və"Nas” surəsini oxudu, cadu qüvvədən düşdü. Cadu və fal var, amma onun ardıncadüşmək məsləhət deyil”.

SəbuhiRəhimli isə imanı olan kəsə cadunun təsir etmədiyini deyir: "Kimsə deyirsə ki,mənə cadu ediblər, deməli onun imanı yoxdur”.

Sinaqoqvə kilsələrdə dini ehramların nə dərəcə yerinə yetirilməsibizə və sizə aydın oldu. Maraqlı məqamlara da rast gəldik. Bu məqamlar cadugərkeşişlərin və təkzib edən ravın simasında əks olundu. Buna görə dinlərə qarşıdüşüncələrinizi qarışdırmaq niyyətimiz də yoxdur. Azərbaycan tolerant – yənidinlərə qarşı dözümlü dövlətdir. Onun tolerant ölkə olmasını isə ümid edirikki, bu yazıda göstərə bildik. Xalqımızın müsəlman nümayəndələri dini icmalaraqarşı nəinki dözümlü, hətta qeyri-rəsmi şəkildə xristian və ya yəhudiicmasına qoşulmalı olduqlarını da göstərdilər. Hər halda dinlərə etiqat məsələsigərək yerində olsun. İnsan bədəni hər iki dini birdən götürə bilməz...

Rüfət Soltan