adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyun 2019 14:42
36602
ƏDƏBİYYAT

Bütün ömrünü universitetə həsr edən alim

Zənginədəbi ənənələrə malik olan Naxçıvan həmişə mədəniyyətvə elmi mərkəzləri ilə tanınmışdır. Belə ali təhsil ocaqlarındanbiri də bu il 20 yaşı tamam olan və Naxçıvan Muxtar Respublikasında yeganə özəlali təhsil müəssiəsi kimi fəaliyyət göstərən "Naxçıvan" Universitetidir."Naxçıvan" Universiteti bu illər ərzində Azərbaycanda elm və ali təhsilmühitinin formalaşmasına, yüksəkixtisaslı kadrların hazırlanmasına öz layiqlitöhfələrini vermiş, muxtar respublikanınictimai-siyasi, elmi və mədəni həyatında xüsusi rol oynamışdır. Əlbəttə ki, bu universitetin hərtərəfliinkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində, yeni tədriskorpuslarının tikilib istifadəyə verilməsində Azərbaycan dövlətinin, xüsusiləNaxçıvan Muxtar Respublika rəhbərliyinin əməyi danılmazdır.

Lakin universitetinyaranması və fəaliyyəti 20 ildir ki,bu ali təhsil ocağına rəhbərlik edən pedaqoji elmlər doktoru,professor İsmayıl Əliyevin adı iləbağlıdır. Hər dəfə çıxışlarında da bu sözləri xüsusi vurqulayaraq deyir: "Mənim bütün həyatım"Naxçıvan" Universiteti iləbağlıdır. Ona görə də bu universitetlə bağlı həyatımın hər gününü ömrümün ən mənalı,unudulmaz günlərindən sayıram". Həqiqətən, İsmayıl Əliyev bütün ömrünü universitetə həsr edib. Universitetinhər daşını , torpağını öz evi qədər, səmimiailəni xatırladan kollektivi isə ailəsi qədər sevir və qayğı göstərir.

Hərşeydən öncə onu qeyd edim ki, heç birtitulunu sadalamadan (bunu heç özü də xoşlamır)sözün həqiqi mənasında, səmimi insan, xeyirxah rektor, əsl pedaqoq kiminüfuz qazanmış İsmayıl Əliyev haqqında qələmə aldığım bu yazı bir neçəgünlük və ya bir neçə saatlıq düşüncələrimin məhsulu deyil. İsmayılƏliyevi xalqımızın yetişdirmişolduğu pedaqoqlar nəslinin görkəmlinümayəndəsi kimi Naxçıvan Dövlət Universitetində tələbə olduğum illərdən tanıyıram. O vaxtdanİsmayıl Əliyevi həmişə yüksək mənəviyyatı,vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, ədalətliliyi, əməksevərliyi və səmimiyyəti ilə sayılıb-seçilən bir insan kimi tanımışam.Sonralar tale elə gətirdi ki, İsmayıl müəllimin rektoru olduğu "Naxçıvan" Universitetində işləməkmənə də nəsib oldu və bu insanı daha yaxından tanıyıb, ondakı yüksəkinsani dəyərlərin canlı şahidi oldum.


Bu gün minlərlə tələbənin fəxrlə, qürurla"mənim rektorum", "mənim sevimli müəllimim" dediyi pedaqojielmlər doktoru, professor İsmayıl Əliyev xeyirxahlıq, düzlük, mənəvi paklıq, səmimiyyətmücəssəməsi, ailəsini, övladlarını hədsiz məhəbbətlə sevən sadiq bir ailəbaşçısı, qürur duyduğumuz ziyalılardandır.Professor İsmayıl Əliyevinsimasında alim, pedaqoq və rəhbər işçi kimi xüsusiyyətlər bir insan kimisadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı iləgörünməmiş dərəcədə üzvi şəkildə birləşib.

Ömüryolu çoxlarına örnək olan İsmayılİsrafil oğlu Əliyev 1950-ci il iyul ayının 5-dəNaxçıvan Muxtar Respublikası, Bab?k rayonunun Təzəkənd kəndində anadanolub. 1968-ci ildə Az?rbaycan D?vl?t Pedaqoji ?nstitutunun Naxçıvan filialının "Azərbaycandili və ədəbiyyat" ixtisasına daxil olub. İnstitutda oxuduğu müddətdə elmimüzakirələrdə, konfranslarda dəyərli fikirləri ilə müəllim və tələbələrin rəğbətiniqazanıb. 1972-1973-cü illərdə 32 №-li Texniki-peşə məktəbində "Azərbaycandili və ədəbiyyat" müəllimi işləyib. Müəllim kimi məhz burada püxtələşib, sənətinin sirlərinəburada yiyələnib. Lakin öz biliyini artırmağa, tədqiqatçılığa olan həvəsitezliklə onu ali təhsil aldığı Naxçıvan Dövlət Pedaqoji İnstitutuna gətirib çıxarıb. 1973-cü ilin mart ayından NaxçıvanDövlət Pedaqoji İnstitutunda (indiki Nax??van D?vl?t Universiteti)"Pedaqogika" kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor,sonradan assistent, müəllim, baş müəllim,kafedra müdiri, fakültə dekanının müavini vəzifələrində işləyib.

1988-ciildə "İbtidai siniflərdə dərs prosesində şagirdlərin müstəqil işlərinin səmərəliliyiniartırmağın şərtləri" adlı namizədlik, 2003-cü ildə "Orta ümumtəhsil məktəblərindətəlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinəetnopedaqoji materiallardan istifadənin təsiri" adlı doktorluqdissertasiyaları müdafiə etmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti"Pedaqogika və psixologiya" kafedrasının professoru ,1999-cu ildən"Naxçıvan" Universitetinin rektorudur. Yerli və xarici mətbuatda dərc edilmiş 15kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.Hərtərəfli fəaliyyəti, elmi yaradıcılığı ilə diqqət mərkəzində olan İsmayılƏliyev 1999-cu ildən Nax??van Muxtar Respublikas? Ali M?clisinin deputatıseçilib. Və elə ictimai-siyasi fəaliyyətinin ilk dövrlərində də qanunvericiliksahəsində dövlətçilik və vətəndaşlıqmövqeyini sübut edib.

2002-ciildə ABŞ Bioqrafiya İnstitutunun nəşr etdirdiyi "Görkəmli alimlərin beynəlxalqqeydiyyatı kitabı" nda yüz nəfərtanınmış alim haqqında məlumatverilir ki, onlardan beşi azərbaycanlıdır vəbeş nəfərdən biri də hamımızın fəxri professor İsmayıl Əliyevdir ki, o, "İlinadamı" seçilmişdir.

İsmayılƏliyev hər şeydən öncə əsl vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli birziyalı, ictimai xadim kimi tanınmasına imkan verir. Bütün fəaliyyəti boyu əxlaqibaxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb və bu dəyərləri qorumaq istəyi həmişəədalətli olmağından irəli gəlib.İsmayıl müəllimin vətəndaşlıq mövqeyindəndanışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o, həm də dövlətçilik ənənələrininqorunmasında fəal rol oynayan ziyalılarımızdandır. Yüksək intellekti, mədəniyyəti,yurduna-yuvasına böyük məhəbbəti olan bu bənzərsiz insan rəhbərlik etdiyi elmocağına milli ruh, qaynarlıq, bəşəri doğmalıq gətirib. Bu il 20 yaşı tamam olan"Naxçıvan " Universiteti sanki İsmayıl Əliyevin simasıdır. Bu gün "Naxçıvan"Universiteti böyük, səmimi bir ailəni xatırladır. Bu ailənin bir övladı da mənəmvə bununla fəxr edirəm. Mən şahidi olduqlarıma əsaslanaraq deyə bilərəm ki, İsmayıl Əliyev "Naxçıvan" Universitetinin tarixində yüksək təşkilatçılıq bacarığınamalik təmənnasız və xeyirxah rektor kimi həmişəqalacaq. Onun bir fikrini xatırlatmaq istərdim: "...Mən rektor kimifəaliyyətə başlayanda universitetdə cəmi bir kompüter vardı, biz bu günuniversitetdə kompüterləri saya bilmirik, əlbəttə ki, bu dövlətimizinqayğısı sayəsində olub."

Həqiqətəndə, bir vaxtlar universitetə gələnqonaqları şəraitsiz yerdə necəqarşılayacağından narahat olan rektor bu gün dövlətimizin, Naxçıvan MuxtarRespublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı sayəsində universiteti dünyanın müxtəlifölkələrindən gələn qonaqlara çox fəxrlə,əminliklə təqdim edir. Çünki bu günuniversitet zəngin maddi-texniki bazaya malikdir. 2015-ci ildə 8 binadan və yardımçı binalardan ibarət möhtəşəmuniversitet şəhərciyi salındı. Arxitektura baxımından mükəmməl olan tədriskorpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə vəmərkəzlər, elektron informasiya zalları, zəngin kitab fondu olan dördmərtəbəli kitabxana,idman kompleksi və konfrans zalları, hər cür şəraitə malik beşmərtəbəlimüasir tələbə yataqxanası, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi tikilibistifadəyə verildi.

Hazırdauniversitetdə 14 ixtisas üzrə bakalavr,4 ixtisas üzrə magistr hazırlığı aparılır,4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyətgöstərir. Universitet beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.Dünyanın 54 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və beş beynəlxalq təhsiltəşkilatının üzvüdür. Ümumiyyətlə, bu insanın həyat kredosu daimi elmi yenilikləraxtarışında və səmərəli fəaliyyətdə olmaqdan, vətənə və xalqa məhəbbətlə xidmətetməkdən ibarətdir.

Heçşübhəsiz ki, "Naxçıvan" Universitetinin əldə etdiyi uğurlardan biri dəbu ali təhsil ocağında yaradılmış sağlam mühitdir. "Naxçıvan"Universitetinin həyətinə daxil olan hər bir kəs bu doğmalığı, istiliyi,qeyri-adiliyi, rahatlığı, bir sözlə, İsmayılmüəllimin dəst-xəttini hiss edir. İsmayıl Əliyevin şəxsi keyfiyyətləri ona universitetdə beləbir mühit - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövqedən bir məkan yaratmağa imkan vermişdir. Bu gün "Naxçıvan"Universitetində çalışan hər kəs - istər müəllim, istər tələbə, istərsədə digər işçilər üzvi bir vəhdət təşkil edirlər. Onların hamısı bir istək vəbir məqsəd ətrafında birləşmişdir - dürüstlük, sədaqət, şəffaflıq, akademik əxlaq,şərəf və məsuliyyətlə Vətənə xidmət. Bu, İsmayıl Əliyevin ali məqsədidir və buməqsədini universitetdə gerçəkləşdirə bilmişdir. O, inanır ki, bu günün məzunları"Naxçıvan" Universitetinin adını, onun dəyərlərini hər zaman layiqincəyaşadacaq.

İsmayıl müəllim istedadlı gəncliyin dostu, himayəçisidir.Gözəl ideya, axtarışlar arzusu ilə onun qapısını döyən hər bir kəsə qayğısını,diqqətini əsirgəmir. Gənclərin universitetin elmi həyatında və idarəçiliyindəoynadığı rol İsmayıl müəllimin adı iləbağlıdır. İstedadlı gəncliyə meydan vermək, əsl yaradıcılıq mühiti yaratmaq eləəsl ziyalıya xas olan xüsusiyyətdir.İsmayıl müəllim ilk növbədə ədalətli, həmişəhaqqın tərəfində dayanandır. Ona görə də hər bir nümunəvi, işgüzar, istedadlı tələbəuca bir dağa söykəndiyinin fərqindədir. Çünki mənim tanıdığım, şəxsiyyətinə,insanlığına, ən əsası, rektor olaraq tələbələrlə, müəllimlərlə münasibətinəsonsuz hörmət bəslədiyim İsmayıl Əliyev sözün əsl mənasında nümunə olacaqrektordur. Çünki, o, tələbələri öz doğmabalaları qədər sevir. Hər dəfə çıxışlarında da bunuxüsusilə vurğulayır: "Əziz tələbələr,mən həmişə sizinləyəm. Bunu bilin ki,sizi incidən müəllim məni incidir. Sizə etinasızlıq edən dekan mənə etinasızlıq edir. Sizə yaxşı dərskeçməyən müəllim mənə zərbə vurur. Oxuyun, öyrənin, elmə, peşəyə yiyələnin.Arxanızda Azərbaycan adında bir dövlət dayanıb, arxanızda sizə qayğısını əsirgəməyənbir rektor dayanıb..." Bu, gəlişigözəl sözlər deyil, o, həqiqətən, tələbələrindostudur. Hər bir tələbə öz dərdini, qayğısını onunla bölüşür. Nəinki tələbələrəİsmayıl müəllimin qəlbi, ürəyi, gözü,könlü, ən sadə insanlara belə sevgi, mərhəmətlə doludur. Bəlkə elə buna görə qapıları hamının üzünə taybatayaçıqdır. İstər böyük alim, xeyirxah insan kimi, istərsə də elm ocağının rektoru kimi insanlar ona dərdləri,qayğıları ilə üz tuturlar. Aydın məntiqi,həssaslığı, dəqiqliyi və ən başlıcası, xeyirxahlığı onu hamının gözündəucaltmışdır.

Hərbir tələbəyə, doktoranta, müəllimə əsl dost, ata qayğısı göstərən professorİsmayıl Əliyev dünyaya baxışı, duyğu və düşüncəsi, yenilik hissi ilə təkcə dünənin,bu günün yox, həm də sabahın insanı olduğunu sübut edir. Əminəm ki, xeyirxah vətəmənnasız əməlləri ilə yüzlərlə ,minlərlə insanların rəğbətini qazanan, həqiqətəndə, bütün ömrünü universitetə həsr edən bu insan haqqında hələ çox yazılacaq , daha müfəssəl fikirlərsöyləniləcək.

Çünki bu İnsanəməlləri ilə, elmi fəaliyyəti ilə bu günümüz, gələcəyimiz üçün silinməz izlər qoyanziyalılarımızdandır. Çünki bu İnsanböyük bir nəslin parlaq nümayəndəsi, əsl pedaqoq, özünün bütündavranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin sarsılmaz mənəvi dəyərlərqalasını ucaltmış müdrik insandır.

Həqiqətən,İsmayıl müəllim müdirik insandır. Ancaq mən deyərdim ki, müdriklik İsmayıl müəlliminyaşında deyil, xarakterindədir, mənəviyyatındadır . Çünki xaraktercə, mənəviyyatca müdrik olaninsanların haqqında ömrünün istənilən yaş mərhələsində qürurla, alnıaçıq, üzüağdanışmaq olar. Bütün ömrünü şərəflə yaşayan İsmayıl Əliyev 20 ildir ki,"Naxçıvan " Universitetinin rektorudur. Təkcə bu müddətdədeyil, bütün ömrü boyu o, şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla vəbacarıqla çıxıb. Mən bu günə qədərkiminsə ondan narazı qaldığını eşitməmişəm. İstər kollektivinin, istərsədə cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmişəyüksək fikirdə olduğunun dəfələrlə şahidi olmuşam. İsmayıl müəllimin həyatkredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnasız keyfiyyətləridayanır. O, harada olur-olsun, vətənimizi təmsil və təbliğ edir. Beləolmasaydı, Naxçıvan Muxtar Respublikasının deputatı, bu gün adıən şəffaf universitetlərsırasında çəkilən "Naxçıvan" Universitetinin rektoru ola bilməzdi və ənəsası cəmiyyət arasında bu qədər hörmətvə nüfuz sahibi olmazdı.

Ismayıl Əliyevhaqqında danışarkən onun ailəyə münasibətindən xüsusi söz açmalı olursan. Bumünasibətlər atası İsrafil müəlliminənənələri üzərində yaşayır. Bu münasibətlərin kökü nəsillərin qarşılıqlıtəsiri formasında, İsmayıl Əliyevinvalideyinlərindən gəlir. Və bu münasibətlər İsmayıl Əliyevin doğmalarına, ailə üzvlərinə,ətrafındakılara heç bir deformasiyaya uğramadan, sevgi, səmimilik və sədaqət dərəcəsinizərrə qədər də itirmədən tam həcmdə transformasiya olunur. Bunu canı qədərsevdiyi qardaşları, bacıları, ürəkdən bağlı olduğu qohumları da, hamısını bir məxrəcdə"balalarım" adlandırdığı oğul-qız övladları, nəvələri də eyni dərəcədə özlərində hiss edirlər. Deyərdimki, valideynə, bacı-qardaşa, ailəyə və övlada münasibət İsmayıl müəllimin bütövlüyünün ayrılmaz tərkibhissəsidir. Ağıllı və vətənpərvər övladları olan İsmayıl müəllim hər bir insanın xəyalında arzu etdiyimükəmməl, dürüst bir ailə başçısıdır. Bəlkə də, bu cür ailəyə sahib olmaqtanrının ona ən böyük mükafatıdır.

Düz deyiblər ki,elm sənin məsləhətçin, mülayimlik dostun, ağılbələdçin, səbir isə başçın olmalıdır. Bütün bu xüsusiyyətlərin hamısıİsmayıl müəllimdə cəmlənib. Bu həqiqətdirki, İsmayıl müəllimlə söhbət edən hərbir kəsin qəlbində bir inam, bir ümid çırağı yanır. Onunla ünsiyyət insanı mənən zənginləşdirir. Hər zaman öz ağıllı fikirləriilə dəyərli məsləhətlər verərək, çoxları kimi mənə də həyatda düzgün yol göstərib. Ona görə dəİsmayıl müəllim haqqında qələmə aldığım bu yazıürəyimin dərinliyində çoxdan yer almış ülvi hisslərin təzahürü, müəllimiməolan hörmət və ehtiramın sözlə ifadəsidir.

Etiraf edəkki, insana bəzən maddi köməklikdən vacib olan mənəvi dəstəkolur. Mənəvi dəstək həyatda insanı bir şəxsiyyətkimi yetişdirməyə çox kömək edir. Bu gün mənim azacıq da olsa uğurlarımın olmasına və bu pilləyə gəlibçıxmağımın əsas səbəbkarları akademikİsa Həbibbəyli , professor İsmayıl Əliyev və ətrafımda olan insanların sevgisi, diqqəti və stimuludur. Mənhəmişə bu insanlardan mənəvi dəstək aldım. Və bu İNSANLARla bu gün olduğu kimi,illər keçdikcə də fəxr edəcəm.