Bursada həmyerlilərimiz dəm qazından boğuldu
Türkiyədə 7 azərbaycanlı dəm qazından boğulub.
Bədbəxt hadisə Bursa şəhərində baş verib. Hadisəyə səbəb yaşayış binasının bacasının bağlı olması və kömür sobasından sızan qazın evə yayılması olub.
Nəticədə Əhmədoğlu ailəsinin 7 üzvü dəm qazından zəhərlənib. Yaxınlıqdakı xəstəxanaya aparılan azərbaycanlılardan Telman Əhmədoğlu dünyasını dəyişib.
Zəhərlənənlərdən Cumali Əhmədov,Günəş Əhmədov, Sevgi Əhmədova, Səltənət Əhmədoğlu, Mələk Əhmədoğlu isə hazırda həkim nəzarətində saxlanılır.
Hadisə ilə əlaqədar istintaq başlayıb və araşdırma aparılır.
Digər Xəbərlər
04 May 2024 14:37