Burnunu silməsi ilə gündəm oldu - VİDEO
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankaraya rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında yol verdiyi qeyri-etik hərəkət Yunanıstan ictimaiyyətində geniş rezonans doğurub.
Adalet.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla birgə çıxış zamanı Baş nazirin burnunu sildiyi salfeti masanın üzərindəki rəsmi faylın içərisinə qoyması diqqətdən yayınmayıb.
Həmin anın görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqid atəşinə tutulub. Xüsusilə “X” platformasında yunan istifadəçilər Mitsotakisi dövlət etikasına sığmayan davranışda ittiham ediblər.
Xatırladaq ki, səfər çərçivəsində Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib və tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələri imzalanıb.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

