Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ
2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ötənilki imtahan modeli əsasında keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, DİM 2023-cü ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında xarici dil fənlərindən istifadəsi planlaşdırılan yeni imtahan modelinin Elm və Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə müzakirəsi aparılıb.
Modelin strukturunun fənn kurikulumunun müəyyən etdiyi məzmun xətlərinə aid alt standartlarının tələblərinə uyğun olması qeyd olunmuş, bilik və bacarıqların qiymətləndirilməsində yeni yanaşma kimi onun tətbiqi məqsədə müvafiq hesab edilib. Müzakirə nəticəsində yeni imtahan modelinin ümumtəhsil müəssisələrində aprobasiyadan keçirilməsi, ictimaiyyətə təqdim edilməsi, onlayn sınaq imtahanının təşkili və 9-cu siniflər üçün DİM tərəfindən hazırlanmış “Qiymətləndirmə kitabçası”nda yeni modelə uyğun tapşırıq nümunələrinin verilməsi qərara alınıb.
Qeyd edilənlərin həyata keçirilməsi üçün uzun müddət tələb olduğundan, qarşılıqlı razılaşma əsasında yeni imtahan modelinin 2024-cü ildən başlayaraq buraxılış imtahanında tətbiq edilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50


Bakı -°C

