Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
İnnovasiya lideri Bakcell xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Adalet.az xəbər verir ki, görüşdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan bütün xanımları təbrik edərək bildirib: “Media sahəsində çalışan xanımların hər biri özünəməxsus baxışa, üsluba və səsə malikdir. Bu fərqlilik müasir medianı daha zəngin və rəngarəng edir. Bugünkü görüşümüzün ideyasını da məhz bu fərdilikdən ilhamlanaraq qurduq. Hər bir jurnalistin cəmiyyətdə özünəməxsus izi və təsiri olduğuna inanırıq”.
Tədbir çərçivəsində xanım jurnalistlər üçün parfümeriya üzrə master-klass təşkil olunub. İştirakçılar ətir harmoniyası, fərdi qoxu kompozisiyasının yaradılması və parfümün hazırlanma mərhələləri ilə tanış olub, öz zövqlərinə uyğun unikal ətirlər hazırlayıblar.
Qeyd edək ki, Bakcell yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
04 Mart 2026 13:44
İranlı pilotlar Azərbaycan sərhədi ilə təxliyə olundu - FOTO
04 Mart 2026 13:29
“Birlik və Qardaşlıq” iftar proqramı keçirildi - FOTOLAR
04 Mart 2026 12:59
Azərbaycanda bu idmançılara hərbi xidmətdən möhlət verilməsi təklif olunur
04 Mart 2026 12:46
Son iki saatda daha 21 nəfər İrandan Azərbaycana təxliyə olundu
04 Mart 2026 12:30
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
04 Mart 2026 12:26
Araz Paşayev: 980 nəfər fevral ayında sanatoriya-kurort yollayışlarından istifadə edib
04 Mart 2026 10:45
Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı
04 Mart 2026 10:33


Bakı -°C

