“Bunlar Qurban Qurbanovun torbasını tikən adamlardır” –Şərhçi Tural Dadaşov
Futbol üzrə Avro-2024-ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyunu ötən gün baş tutdu. Sözün həqiq mənasında İsveç Azərbaycan millisini darmadağın etdi.
Adalet.az millimizin bu məğlubiyyəti barədə tanınmış şərhçi Tural Dadaşovun fikirlərini öyrənib.
İctimai Televiziyanın şərhçisi Tural Dadaşov sözlərinə görə,yığma komandanın oyunundan danışılacaq söz qalmayıb. Uzun illərdi lazım olan hər şeyi demişik. Baş məşqçi və futbolçuları tənqid etmək əsas hədəfdən yayınmaq, özünü allatmaqdır. AFFA rəhbərliyinin ölkə futboluna düşmən kəsilməsinə artıq heç bir şübhəm qalmayıb. Bu adamlar nəyə görə hələ də ordadır , bu özü böyük sualdır. De Byazinin istefasını tələb edəndə, onu ora gətirənlər, müqaviləsini uzadanlar bəs necə olsun?
Bu məşqçi gedəcək, başqa birini gətirib 2-3 il də onunla yola verəcəklər. Bunlar Qurban Qurbanovun torbasını tikib, heç kimin tanımadığı Nikola Yurçeviçi gətirən adamlardır. Cəmi 1 il işləməyə imkan verdilər, o müddətdə də futbolçuların qələbəyə görə mükafatlarının verilməməsindən tutmuş etmədikləri qalmadı.. Halbuki, Qurbanov qalsaydı, bu 5-6 il ərzində çox böyük işlər görülə bilərdi, möhkəm yığma komandamız olardı. Ancaq Elxan Məmmədov və komandası həmişə öz maraqlarını düşünüb , ölkə futbolu onların vecinə olmayıb.
Eminquey
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

