adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Mart 2021 09:10
23506
DÜNYA

Bundestaqın deputatı Karin Ştrents təyyarədə vəfat etdi

Almaniyanın CDU partiyasından Bundestaqın üzvü Karin Ştrents Kubadan Almaniyaya qayıdarkən təyyarədə vəfat edib.

Bu barədə “RİA Novosti” xəbər verib.

Parlamentari 53 yaşında idi.

Həmkarı Laut Reberqin sözlərinə görə, K.Ştrents uçuş zamanı huşunu itirib. Bu səbəbdən  təyyarə İrlandiyanın Dublin şəhərində təcili eniş edib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.