adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Sentyabr 2016 16:19
6102
SAĞLAMLIQ

Büdcədən səhiyyəyə ayrılan xərclər artırılır

Gələn il dövlət büdcəsindən səhiyyə sahəsinin xərcləri üçün 775.8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

 2017-ci ilin dövlət büdcəsinin layihəsinə əsasən, həmin xərclər dövlət büdcəsi xərclərinin 4,7 faizini təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 0,2 faiz çoxdur.

2017-ci ildə səhiyyə xərclərinin 180,3 milyon manatı məqsədli proqramların və tədbirlərin maliyyələşməsinə sərf ediləcək.

Xərclərin 22,2 milyon manatı böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə, 18,5 milyon manatı hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə, 39,3 milyon manat xərcəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına, 36,1 milyon manat şəkərli diabet xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına və s. xərclənəcək.