Bu zabitlərin dinc dövrdə xidmət müddəti azaldılır
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir
Təklif olunan dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
19 Yanvar 2026 23:38
Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi - FOTO
19 Yanvar 2026 17:29
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub - FOTO
19 Yanvar 2026 17:27
Aytəkin Cəfərova yeni quruma keçdi
19 Yanvar 2026 17:14
"Qarabağ"ın oyunu ilə bağlı Bakı metropolitenində iş saatı uzadılacaq
19 Yanvar 2026 16:59
Bakı metrosundan istifadə edənlərin sayı azalıb
19 Yanvar 2026 16:36
Məmurun əri videosuna görə üzr istədi
19 Yanvar 2026 16:04
Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
19 Yanvar 2026 16:00


Bakı -°C

