adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2020 09:09
194852
LAYİHƏ

BU YURDUN ADI TOVUZ

Tovuz Oğuz türklərininyurdudur. Vaxtilə köçəri və yarımköçəri həyat tərzi keçirən oğuzların ən qədimtürk tayfalarından biri olduğu məlumdur. Hətta Çin mənbələrində də oğuzlarınvarlığı və qüdrəti barədə müəyyən bilgilərə rast gəlmək mümkündür. VII əsrinDaş kitabələrində oğuzların tarixi qruplaşmalarından bəhs edilir. Orxon-Yeniseyyazılarında da Oğuz tayfalarının döyüşkənliyindən, igidliyindən, mərdliyindəndanışılır. Elə Göy Türk xaqanlığının əsasını da Oğuz türkləri qoymuşlar ki, bubarədə də yetərincə qaynaqlar vardır.

Tovuz-Doqquz oğuzların müqəddəsvə ulu yurd yeridir. Qədim mənbələrdə Xunan adı ilə qeyd olunan, daha sonra isəŞəmşəddil adı ilə tanınan Tovuz inzibati rayon kimi 1930-cu ildə yaradılmışdır.

Tovuz elinin - Oğuz yurdunun qədimliyinigöstərmək üçün heç də uzağa getmək, tarixin minillik səhifələrini vərəqləməklazım deyildir. Sadəcə olaraq, bu günümüzə qədər gəlib çıxan, adını və varlığınıqoruyub saxlayan Girzan məbədinin, Yanıqlı kəndindəki Girdiman qalasının,Xınna, Əsrik, Axınca dərələrinin, eləcə də Qaraxanlının, Köhnəqalanın, AşağıÖysüzlü qalasının, Dondar Quşçunun, Dağ Quşçusunun, Aşağı Quşçunun, Ağacqalanınvə onlarca yerlərin adlarına diqqət yetirmək, bu adların mənasını, yaranmatarixini öyrənmək kifayətdir. Xınna adının özü yüz illiklərdən soraq verir. Bugün də Xınna dərəsi boyunca yerləşən kənd adlarının özü də tarixin bir çoxqaranlıq səhifələrinə işıq salmaqdadır.

Xınna adı Hun türklərinin ənqüdrətli və güclü vaxtlarına təsadüf eləyir.

Tovuzun saysız-hesabsız tarixiabidələri də öz qədimliyi ilə seçilir. Sultan körpüsü, Vahidli qəbiristanlığı,Köhnəqala qəbiristanlığı, kənddəki qədim Cünbəz, Dəlikli Daş, Haça qaya, Qızıldağqalası hələ ulu keçmişimizin öyrənilməmiş, tədqiq edilməmiş səhifələridir.

XUNAN

Tovuzun ilkin adıdır.Xunanlılar qədim Alban torpaqlarının ilk varisləri kimi qeyd olunur. Bu barədəmüxtəlif yazılı mənbələrdə də söhbət açılır.

Tarixdən məlumdur ki, 645-ciildə ərəblərin Xilafət ordusu Qafqaza yürüş eləmiş və bu yürüşlər də qanlıdöyüşlərlə nəticələnmişdir. Ərəb döyüşçüləri Xunan şəhərində ciddi müqavimətərast gəlmişlər. Ağır döyüşlərdə Xilafət ordusu böyük itkilər verməli olmuşlar.Xəlifə Ömərin vaxtında ərəb qoşunlarının Azərbaycana hücumu, eləcə də Xunan şəhərindəmüqavimətlə üzləşməsi bir çox mənbələrdə təsvir edilmişdir.

Xunan şəhərinin Kür çayının sağsahillərində yerləşməsi barədə tutarlı faktlar vardır. Orta əsr tarixçiləri vəcoğrafiyaçılarının yazmış olduqları kitablardan məlum olur ki, xunanlar Azərbaycanınqərb bölgəsində yaşamışlar. Fikrimizin təsdiqi kimi bu gün də Tovuz ərazisindəXunanyurd, Xunanarx, Xunanyol, Xunan qalası, Xunan dərəsi, Xunan düzü və s.coğrafi adların mövcudluğunu göstərə bilərik. Hal-hazırda Tovuzun Qaraxanlı, Əlimərdanlı,Bozalqanlı, Qədirli, Mansurlu kəndləri və Torpaqqalanın özü vaxtilə Xunan şəhərininəhatə etdiyi ərazi olmuşdur. Beş il öncə Tovuzda-Göytəpə adlanan ərazidəqazıntılar zamanı eramızın II-III əsrlərinə aid qədim şəhər aşkar edilmişdirki, bu da Tovuzun çox qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir.

Xunan (Xunam) şəhərininhunların adı ilə bağlı olduğuna necə inanmayasan?

Bu gün tovuzlular arasında işlənənsöz və ifadələri nəzərdən keçirmək kifayətdir ki, Xunan şəhərinin hunların adıilə bağlı olmasına şübhə yeri qalmasın. Məsələn, tovuzluların işlətdikləri"Xunam düzü", "Xunama çıxmaq", "Xunam qarpızı",yaxud "Xunu qarpızı", "Xunam arxı" və bu kimi ifadələryaşlı adamlar arasında bu gün də işlədilməkdədir.

Görkəmli saz-söz ustası AşıqHüseyn Bozalqanlı qoşmalarının birində demişdir:

Eləki, yaz getdi, çevrildiyaya,

Gün buluddan çıxıb dönəryaloya.

Tatdar su vermədi Torpaqqalaya,

Gölmələrin suyu qana dönmüşdü.

Orta əsr tarixçiləri Xunan əraziləriniIV-V əsrlərə aid olduğunu və hunlara şamil etdiklərini yazırlar. Ərəb tarixçilərininəsərlərində ərəblərin Azərbaycanı, o cümlədən Arranı (Şimali Azərbaycanı) işğaletdikləri zaman bu ərazidə olan şəhərlərdən biri kimi Tovuz rayonu ərazisində salınmışXunan şəhərindən də bəhs edirlər. "Xunan şəhəri Həbib bin MəsləməninArranı fəthi dövründə mövcud olan bir şəhər idi. Şəhər böyük bir təpənin üstündəyerləşmişdi və Tiflisdən şərqdə, iyirmi iki fərsəxlikdə (hər fərsəx - 6 km.) -Kür çayının sahilində salınmışdı. Xunan şəhəri eyni zamanda "Qalat ət-Turab"(Torpaqqala) kimi tanınır və bu şəhər ərəblərin "Həbib ər-Rum) (Rum elininHəbibi) kimi tanıdıqları məşhur ərəb sərkərdəsi Həbib bin Məsləmə əl-Fehri tərəfindən645-ci ildə fəth olunmuşdur.

TORPAQQALA

Xunan şəhərinin ən möhtəşəmabidələrindən biridir. Torpaqqalanın ümumi ərazisi 6 hektara yaxındır. Həminyer möhkəmləndirilmiş şəhər tipli yaşayışyerinin qalığı olmaqla, XI-XII əsrlərdə Azərbaycanın həyatında böyük roloynamışdır. Yeri gəlmişkən, Tovuzun ərazisində Torpaqqaladan əlavə daha iki kənd- Ağacqala və Köhnəqala adları da diqqəti cəlb edir.

Bu iki kəndin adından savayırayonda qala komponentli başqa kənd adı yoxdur. Görünür, vaxtilə tovuzlularınindi yaşadıqları ərazidə üç böyük qala olmuşdur. Torpaqqala və Köhnəqalanınqalıqları bu günə kimi durmaqdadır. Və həriki qala yerindən tapılmış eyni əşya-dəlillər də Torpaqqala və Köhnəqalanıneyni vaxtda tikildiyini və dağıldığını sübut edir. Üzərində əqrəb həkk olunmuşSasani möhürü bu qalalarda hələ orta əsrlərdə yaşayış olduğunu açıb göstərir.

O da maraqlıdır ki, hər ikiqala çay sahilində ucaldılmışdır. Torpaqqalanı şimal və şimal-şərqdən Kür çayı,Köhnəqalanı isə Zəyəm çayı alınmaz qalaya çevirmişdi. Torpaqqalada da, Köhnəqaladada yeraltı tunellər mövcuddur.

TOVUZ

Tovuzun adı VII əsrdən məlumdur.Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" kitabında ilk dəfəolaraq Tovuzun adı çəkilir. Ancaq bununla belə Tovuzun tarixi çox qədimlərəgedib çıxır. Bunu maddi mədəniyyət nümunələrindən, tarixi abidələrdən, aparılanqazıntı işlərindən də müəyyən etmək mümkündür. Hələ Girdiman dövlətinin fəaliyyətidövründə Yanıqlı, Əsrik, Köhnəqala, Şamlıq və s. yaşayış məntəqələri mövcudolmuşdur.

Bir çox tədqiqatçılara görə,Tovuz ehtimal ki, türk tayfa başçısının adı ilə bağlıdır. Bəzi tədqiqatçılar isəTovuz sözünü türk dilində hərbi rütbə bildirən çouş sözü ilə əlaqələndirməyə cəhdgöstərmişlər. Coğrafiyaşünas M. Abbasovanın Tovuz etnotoponimininetimologiyasına dair öz mülahizəsində bildirir ki, tav, tov - dağ, ikinci tərəfiisə uzus - yüksəliş, zirvə kimi izah olunur. Bir sözlə, Tovuz adını "səsli-küylüçay" mənasında işlənilmiş Taus sözü ilə əlaqələndirənlər də Doqquz Oğuztayfa İttifaqının uzun gedişli elizia hadisəsinə uğramış variantı hesab edənlərdə var. Ancaq bu mülahizə və fikirlərlə razılaşmaq olmaz. Tovuz adının Tovuzquşu ilə əlaqələndirənlər də, ancaq gülünc fikirlər irəli sürənlərdir. Belə ki,Türk-Şumer mənbələrində Tay-sözünün dağ mənasında Tabu sözünün müqəddəs yer mənasındaişlədilməsini xatırlasaq, bizə aydın olar ki, Tovuz sözünün Tovuz quşu ilə heçbir əlaqəsi yoxdur və bu inandırıcı deyil, gülünc bir fərziyədir.

Ancaq mənə elə gəlir ki, Tovuzadının ilkin mənşəyini Albaniya ərazisində yaşamış 26 türk tayfalarının birindəaxtarmaq lazımdır. Çox güman ki, Tovuz (Touz, Tauz) Türk-Oğuz tayfasının soyadlarından biri olmuşdur. Tovuz sözü əslində "dağ oğuzları" mənasınıverir. Çünki indiki türkdilli xalqların bir çoxunun dilində "to" (ta,tu) dağ mənasında işlədilir. "Vuz" (vus) isə "oğuz" sözünündəyişmiş formasıdır. "Tovuz" sözünü Taşauz - Toqquz oğuz etnomiləbağlayanlar da vardır. Və bu bağlılığın özündə də bir həqiqət vardır. Çünki qədimmənbələrdə də toqquz oğuzların və tağuz oğuzların adları qəhrəmanlıq, igidlikanlamında böyük hörmətlə çəkilir.

Qədim Türk-Şumer mənbələrindəisə Tau sözünün dağ mənasında işlədilməsini xatırlasaq, bir daha aydın olar ki,Tovus (Tauz) "dağ oğuzları" deməkdir. Bu isə Tovuz adının Toqquz oğuztürk - oğuz tayfalarından birinin soy adı olması qənaətinə gətirib çıxarır.


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.