Bu uçuşlar zamanı aeroportlarda yığım tutulmayacaq
Nazirlər Kabineti “Xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması Qaydası”nı təsdiq edib.
Adalet.az-ın xəbərinə görə, qərarın qəbulu ilə xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması ilə bağlı tələblər, aeronaviqasiya xidmətlərinin növləri, Azərbaycan Respublikasının hava məkanından tranzit keçməklə həyata keçirilən beynəlxalq uçuşlara və daxili hava daşımasına görə göstərilən aeronaviqasiya xidmətləri üzrə yığımların məbləğinin, beynəlxalq hava daşımaları üzrə hava gəmilərinin Azərbaycan Respublikası ərazisində yerləşən hava limanına enməsi və ya qalxması üçün həyata keçirilən aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin, xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətlərinə görə yığımların məbləğinin hesablanması və bu sahədə tətbiq edilən güzəştlər müəyyən edilib.
Qərara əsasən, aeronaviqasiya xidmətlərinə görə yığımların tutulmadığı hallar aşağıdakılardır:
- axtarış və xilasetmə işlərinin həyata keçirilməsi üzrə uçuşların yerinə yetirilməsi;
- hava gəmisində yaranmış texniki problemlə bağlı məcburi eniş edilməsi;
- məşq uçuşlarının yerinə yetirilməsi;
- hava limanı və aeronaviqasiyanın texniki sistemlərinin yoxlanılması üzrə uçuşların yerinə yetirilməsi;
- yola düşmə (enmə) hava limanında və ya uçuş trayektoriyası boyunca pis hava şəraitinin hökm sürməsi;
- mülki aviasiya təhlükəsizliyinə təhdid yaradan fövqəladə halların baş verməsi.
Aşağıdakı hallarda hava limanı xidmətlərinə görə yığımlar tutulmur:
- Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün
uçuşları həyata keçirən, habelə Azərbaycan Respublikasına humanitar yardımla
bağlı gələn daşıyıcılara enmə (qalxma) və parklanma xidmətlərinin göstərilməsi;
- axtarış və xilasetmə işlərini həyata keçirən hava gəmilərinə enmə (qalxma) və parklanma xidmətlərinin göstərilməsi;
- başqa heç bir hava limanında eniş etmədən yola düşdüyü hava limanına geri qayıdan hava gəmilərinə enmə (qalxma) və parklanma xidmətlərinin göstərilməsi;
- yola düşmə (enmə) hava limanında və ya uçuş trayektoriyası boyunca pis hava şəraitinin hökm sürməsi və ya mülki aviasiya təhlükəsizliyinə təhdid yaradan fövqəladə halların baş verməsinə görə hava gəmisinin yola düşməsi gecikdikdə gecikmə müddəti ərzində parklanma xidmətlərinin göstərilməsi;
- aviasiya insidenti nəticəsində hava gəmisində yaranmış texniki problemlə bağlı təcili eniş etməli olan və ya yola düşməsi gecikən hava gəmisi, texniki problemin aradan qaldırılması üçün tələb olunan müddət ərzində parklanma xidmətlərinin göstərilməsi.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

