adalet.az header logo
  • Bakı -°C
06 Yanvar 2026 21:00
127
DÜNYA
A- A+

Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Yaşar Gülər

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Başda PKK, PYD, YPG və "Suriya Demokratik Qüvvələri" (SDQ) olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək. Prezidentimizin liderliyi altında "Terrorsuz Türkiyə" prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq" , - nazir vurğulayıb.