"Bu tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün...” -VİDEO
“Bu tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün və ümumiyyətlə bütün dünya üçün olduqca əhəmiyyətlidir. Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə demək istəyirəm ki, ilk növbədə bu tədbirin siyasi əhəmiyyəti var. Qlobal gündəliklə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş belə bir forumun Azərbaycanda keçirilməsi, əslində, Azərbaycanın dünyanı narahat edən qlobal problemlərin həllində iştirakını təsdiq edir.
Bu baxımdan belə bir forumun Azərbaycanda keçirilməsi ilk növbədə siyasi əhəmiyyət daşıyır.”- bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Biznes Tv-nin efirində bildirib.
Millət vəkili qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu doğrudan da qlobal gündəliyin əsas məsələlərindən biri olan ekologiya və sağlamlıq problemləri baxımından Azərbaycan üçün də maraqlıdır. Xüsusilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı yenidənqurma işləri aparır və bu prosesdə dünya şəhərsalma trendlərindəki yeniliklərin tətbiqi bizim üçün çox önəmlidir.
Daha ətraflı videoda:
Digər Xəbərlər
21 May 2026 12:59
Biz 30 ildə keçsə də bu problemi birdəfəlik həll etdik -VİDEO
21 May 2026 12:48
Bakı şəhəri qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib
21 May 2026 08:18
World Urban Forumu yeni imkanların yaranmasına səbəb olacaq
19 May 2026 10:46


Bakı -°C

