Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq
İyunun 1-dən etibarən Qərbi Zəngəzurdakı Köhnə Xınzırək Tarix və Mədəniyyət Qoruğuna giriş pullu olacaq.
Adalet.az xəbər verir ki, Ermənistan Mədəniyyət Nazirliyinin Abidələrin Mühafizəsi Xidməti bu barədə məlumat yayıb.
Keçən ildən bəri qədim yaşayış məntəqəsində təmir aparılır və turizm marşrutları hazırlanır, Köhnə və Yeni Xınzırək arasında körpülər salınıb.
Bundan əlavə, xidmət modul məlumat mərkəzi üzərində işə başlayıb. O, bələdçi turları təmin edəcək.
Xatırladaq ki, Xınzirək (erm - Xndzoresk) kəndi XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub. Kənd, Laçın şəhərindən 15 km qərbdə, Gorus şəhərindən 8 km şərqdə, Gorus-Xankəndi magistral yolunun yaxınlığında yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk adlandırılmışdır./Modern.az
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

