Bu şəxslərin də maaşları ARTIRILDI
Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib.
Adalet.az xəbər verir ki, minimum əmək haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşlarımızın aylıq tarif (vəzifə) maaşları artırılıb.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: 1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb.
"Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artılıb. Aşağı pillələrdə daha yüksək əmək haqqı artımlarının həyata keçirilməsi VTC-də pillər arası maaş fərqlərini də xeyili dərəcədə azaldılıb.
Yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əmək haqqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar",- deyə deputat vurğulayıb.
Digər Xəbərlər
07 Noyabr 2025 12:16
“Ürək xəstəlikləri yalnız tibbi problem deyil, bir iqtisadi itkidir...”
06 Noyabr 2025 11:11
“Bütün növ əmək pensiyaları 10 faiz artacaq”
05 Noyabr 2025 17:34
Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırılacaq - AZAL prezidenti açıqladı
05 Noyabr 2025 17:04
Azərbaycanda araq BAHALAŞACAQ
05 Noyabr 2025 16:06
“Zəngəzurda dəmiryol xəttini ABŞ deyil, Azərbaycan bərpa edə bilər”
05 Noyabr 2025 12:03
Keçmiş məcburi köçkünlərə aylıq müavinət üçün ayrılan vəsait açıqlandı
05 Noyabr 2025 11:12
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
05 Noyabr 2025 10:08


Bakı -°C

