Bu şəxslərə sosial-pedaqoji xidmət göstəriləcək
Qanuna yeni xidmət növü əlavə edilir.
Adalet.az xəbər verir ki, dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 23-cü maddəsinə dəyişiklik təklif edilir.
Hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilmişdir. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilmişdir.
Sosial-mədəni xidmətlər - şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlmişdir. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaqdır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
12 Sentyabr 2026 10:02


Bakı -°C

