Bu şəxslər üçün müsabiqə qaydası müəyyənləşdi
Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları təsdiq edilib.
Adalet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı (bundan sonra – imtahan) və müsahibə mərhələlərindən ibarətdir.
Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər müsabiqənin test mərhələsindən azad edilirlər.
Müsabiqənin imtahan mərhələsində iştirak ödənişlidir, elektron formada keçirilir.
Digər Xəbərlər
01 Dekabr 2025 12:24
DYP qış mövsümü ilə bağlı sürücülərə çağırış etdi
01 Dekabr 2025 12:19
Şahdağ Turizm Mərkəzində yoxlamalara başlanıldı
01 Dekabr 2025 11:59
"Hər şey üçün minnətdaram!" - Leyla Əliyevadan təbrik - FOTO
01 Dekabr 2025 09:00


Bakı -°C

