Normadan artıq yük...
Bu gün bir çox yük maşınları normadan artıq yük aparır. Bu isə avtomobil yollarında müyyən problemlər yaratmaqla yanaşı, həm də qəza vəziyyəti yaradır.
Təəssüflə qeyd etməliyik ki, yol polisinin apardığı maarifləndirmə işlərinə baxmayaraq, yenə bir çox sürücülərə yük maşınlarına normadan artıq yük yığdırırlar. Əlbəttə dediyimiz kimi yol polisi davamlı olaraq bu sahədə profilaktik tədbirlər həyata keçirır, onlarla söhbətlər edilir və lazım gələndə qanununu pozan və normadan artıq yük daşıyan sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.
Bir neçə gün bundan əvvəl respublikanın avtomobil yollarında yük maşının aşması nəticəsində mişar daşları yola səpələnib. Digər bir yük maşınından isə taxtalar yola aşıb. Xoşbəxtlikdən ölüm və xəsarətalma hadisəsi baş verməyib. Operativ olaraq Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qabaqlayıcı tədbirlər görülüb və avtomobil yolunda yaranmıs mövcud problemlər qısa zaman kəsiyində aradan qaldırılıb. Və bir müddətdən sonra yolda nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı , polis baş leytenantı Elvin Hacıyev deyir ki, biz mütəmadi olaraq yük daşıyan sürücüləri maarifləndiritik ki, onlar normadan artıq yük daşımasınlar və sürət həddinə əməl etsinlər,bir sözlə, qanunu pozmasnlar. Amma əfsuslar olsun ki, aparılan təbliğat və izahat işlərinə baxmayaraq, yenə normadan artıq yük aparan sürücülərə rast gəlirik.
Bir daha onlara müraciət edərək deyirik ki, respublikanın avtomobil yollarında yük daşıyarkən mövcud qanuna əməl etsinlər və normadan artıq yük daşımasınlar. Qanunun pozulması isə birmənalı olaraq avtomobil yolunda qəzaların baş verməsinə səbəb olur və digər nəqliyyat vasitələri üçün təhlükə yaradır!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Mart 2026 13:00
Moped idarə edənlərin nəzərinə: Bu gündən...
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33


Bakı -°C

