Bu rayonlarda səyyar tibbi müayinələr təşkil edildi
Ağcabədi, Beyləqan, Bərdə və Xaçmaz rayonlarında səyyar tibbi müayinələr təşkil edilib.
Bu barədə Adalet.az-a TƏBİB-dən məluamt verilib.
Bildirilib ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun Nəcəfqulubəyli kəndində, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Dünyamalılar və Bolsulu kəndlərində, Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Kətəlparaq və Piyadalar kəndlərində, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Aşağı Zeyid kəndində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində ümumilikdə 170-ə yaxın sakinə (uşaqlar da daxil olmaqla) 300-dən çox tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə Azərbaycanın səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.
Digər Xəbərlər
02 Aprel 2026 11:05
Arıqlamanın gizli formulu ortaya çıxdı
02 Aprel 2026 08:21
TƏBİB-in planlama sahəsində baş verənlər artıq təsadüfi səhv yox, sistemli problem kimi qiymətləndirilir
01 Aprel 2026 13:51
Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
01 Aprel 2026 10:14


Bakı -°C

