Bu rayonlara qar yağır - Faktiki hava
Azərbaycanda dekabrın 8-i saat 09:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır.
Düşən yağıntının miqdarı Lənkaranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, İmişlidə 10, Şahbuz, Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beylaqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz, Qobustanda 4 , Bakıda və Abşeron yarımadasında isə1 mm-dir.
Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı , Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.
Digər Xəbərlər
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06
Çıxışı qadağan olunmuş 554 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alındı
03 Mart 2026 11:50
BDYPİ velosipedçilərə çağırış etdi
03 Mart 2026 11:31


Bakı -°C

