adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Dekabr 2018 14:01
9561
HADİSƏ

BU QAQAŞ KİMİN YOLU İLƏ GEDİB?!

Vaydədəm, vay, gündəm od tutub yanır. Deməli, Rusiyada bir azərbaycanlı xəyanətə görəarvadının başını qırxıb və videosunu çəkib paylaşıb. Həmin videoda baxış rekordu qırıb. Sosial şəbəkədə də müzakirəsi yəqin hələ xeylidavam edəcək. Maşallah, millətimiz də ölür beləsarsaq məsələləri müzakirə etməyə. Yazmayacaqdım, amma yadıma cavanlıqdaeşitdiyim bir hədis düşdü, ona görə bu məsələyətoxundum.

HəzrətƏli qoşunu ilə bir bölgədə gecələməli olur. Əsgərlərdən üçü gəlibxahiş edir ki, ya Əli, bizim evimiz yaxınlıqdakı kənddədi, izn versəydiniz gedib ailəmizə bir dəyərdik.

HəzrətƏli izn verir. Səhər əsgərlər qayıdandaüçünü də çağırır yanına və soruşur ki,bu gecə nə görmüsünüzsə mənə düzünüdanışın. Biri deyir:

-Ya Əli, Allahdan gizli olmayanı səndən niyəgizlədim. Getdim gördüm ki, arvadım başqa bir kişiylədi. Molla çağırdım arvadı boşadım, uşaqları da verdim atamgilə qayıtdım.

HəzrətƏli buyurur ki, keç sağ tərəfimə.

O biri əsgərdeyir:

-Ya Əli, mən də eyni hadisəylə rastlaşdım. Qılıncımısıyırıb ikisini də öldürdüm. Uşaqları daverdim atamgilə.

HəzrətƏli buyurur ki, sən də keç sağ tərəfimə.

Üçüncüsü:

-Ya Əli, mən də arvadı başqa kişiylə tutdum, kişini qovdum, arvadı da möhkəmdöyüb gəldim.

Həzrət Əlibuyurur ki, sən keç sol tərəfimə və deyir:

-O birinci əsgər Allahın və Peyğəmbərin buyruğuna əməl edib, arvadını boşayıb, uşaqlarını da verib valideynlərinə. İkinciəsgər də xəyanəti qəbul etməyib mənim yolumla gedib, ikisini də öldürüb.- Sonra üzünü tutur üçüncü əsgərə:- Sənsə nə Allahın buyruğuna əməl etmisən, nə də mənim yolumla getmisən. Sən hansı yolla getmisən?

Əmreləyir ki, üçüncü əsgəriedam eləsinlər.

İndibu qaqaş kimin yoluyla gedib?!