adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Dekabr 2021 09:34
1058
DÜNYA

Bu ölkədə peyvənd olunmayanlar işə buraxılmayacaq

Yanvarın 15-dən etibarən Lüksemburqda bütün işləyən əhali üçün vaksin sertifikatı məcburi olacaq.

Adalet.az “L'Essentiel” saytına istinadən xəbər verir ki, qərar ilk mərhələdə fevralın 28-dək qüvvədə olacaq.
Vaksin sertifikatı və ya gündəlik PSR testi təqdim etməyən şəxslər iş yerinə buraxılmayacaq. Vaksin olunmayan şəxs məzuniyyətə çıxa və ya, işə gəlməyə bilər. İşburaxmaya görə, məvacib kəsilsə də, rəhbərlik işçini vaksinə görə vəzifəsindən azad edə bilməz.