adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Dekabr 2018 16:55
17056
DÜNYA

Bu ölkədə gediş haqları ləğv edilir

Lüksemburq bütün nəqliyyat vasitələrində gediş haqlarını ləğv edir.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökümət qərar verib. Qərar qüvvəyə isə gələn ilin yayından minəcək.

Bildirilir ki, hökumət yollardakı tıxacın qarşısını almaq üçün gələn ilin yayından avtobus, tramvay, şəhərlərarası qatarları ödənişsiz edəcək.

Adı çəkilən ölkədə gələcəkdə birinci və ikinci sinif qatarlarda da gediş haqqının ləğvi nəzərdə tutulur.

Qeyd edək ki, bu qərarla Lüksemburq dünyada ilk ölkə olacaq.