adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyun 2017 15:16
6634
DÜNYA

Bu ölkədə 900 tonluq qızıl yatağı aşkarlandı

Efiopiyanın Benişanqu-Qumuz əyalətində 900 tona yaxın qızılın olduğu yataq aşkarlanıb.

Adalet.az xəbər verir ki, bu sözləri Efiopiya Geoloji Araşdırma Təşkilatının nümayəndəsi Davit Mamo deyib.

O, tapılan qızılın dəyərinin 67 milyard dollardan çox olduğunu bildirib.

"3 aydır ki, qazıntılar aparılır. Tiqray, Dire Dava əyalətlərində də qiymətli daşlar tapılıb”.