adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Noyabr 2018 18:55
10296
SİYASƏT

Bu ölkə Azərbaycanda səfirlik açmaq istəyir

Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir.

Reportxəbər verir, bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini bildirib.

"Bundan başqa, iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq. Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrində əməkdaşlıqda maraqlıdır", - deyə o, qeyd edib.