“Bu o demək deyil ki, təmsilçimiz indidən məğlubiyyətlə barışıb” - Ceyhun Rzayev
“Püşk üzümüzə gülmədi. "Bayer" "Liverpul"la bərabər ən çətin rəqibdir”.
Bu fikirləri Adalet.az saytına tanınmış futbol şərhçisi Ceyhun Rzayev verdiyi açıqlamada dilə gətirib. O, “Qarabağ” futbol klubunun növbəti rəqibi “Bayer Leverkuzen”lə mart ayının 7-si baş tutacaq oyunu barədə danışıb.
“1/8 finalda "Qarabağ" təzyiq altında olmayacaq. "Bayer" hazırda Avropanın ən formada olan 3-4 klubundan biridir. Təbii ki, almanlar cütün aşkar favoritidir. Amma bu o demək deyil ki, təmsilçimiz indidən məğlubiyyətlə barışıb. "Qarabağ" mərhələni keçmək, xalqımızı sevindirmək üçün bütün gücünü ortaya qoyacaq.
Qrup mərhələsində Xabi Alonsonun komandasına qarşı iki fərqli matç oynadıq. Almaniyadakı matçda "Qarabağ" rəqibi öz qapısı önündə - futbol dili ilə desək üçüncü zonada qarşılamağın güdazına getdi. "Bayer" pressinqdən asanlıqla çıxıb meydanboyu yaranan boş sahələrdən məharətlə yararlandı. Bundan nəticə çıxaran Qurban Qurbanov Bakıdakı qarşılaşmada futbolçularına rəqibi meydanın mərkəzində - ikinci zonada qarşılamaq tapşırığı verdi. Belədə almanlar sürətli keçidlər edə bilmədilər.
Mən "Qarabağ"ın "Bayer"ə qarşı keyfiyyətli futbol sərgiləyəcəyinə inanır, növbəti sürpriz nəticə üçün bütün gücünü ortaya qoyacağına inanıram”.
Eminquey
Digər Xəbərlər
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28
"Qarabağ"ın legionerləri bu ölkələrin milli komandalarına dəvət alıblar
21 Mart 2026 10:39


Bakı -°C

