Bu məntəqələrin də nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar şikayətlərə baxılıb.
MSK üzvü Qabil Orucov deyib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış namizədlər Günel Səfərova və Rəşad Rzayevin şikayətləri eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:
"Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, sayın komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. Şikayətçilər dairənin nəticələrinin ləğvini tələb edib. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib və araşdırma zamanı müraciətdə təqdim edilən faktlar öz təsdiqini tapmayıb. Yalnız 31 və 35 saylı məntəqələrdə qanun pozuntuları müəyyən olunub. Ona görə şikayətin qismən təmin olunmasını təklif edirəm".
Təklif səsverməyə çıxarılıb və şikayət qismən təmin olunub.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09