Bu məmurlar üzvlükdən çıxarıldı, yerinə onlar təyin edildi - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 847; 2025, № 1, maddə 69) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini”.
2. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini”.
3. “Oğuz Rayon İcra Hakimiyyətinin başçısı”, “Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini”, “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini”, “Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini” və “Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini” abzasları ləğv edilsin".
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

