adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Yanvar 2018 13:18
28668
MARAQLI

Bu kitabxanadakı kitablar insanlardır

Elə bir kitabxana düşünün ki, orda insanlar canlıkitablara çevrilirlər. Bizim kimiölkələrdə kitabxanaları nadir görənlər üçün bu fikir sərhədləri çətinləşdirsədə "İnsan Kitabxanaları” 70 ölkədə var və sayıları hər keçən gün artır.


İnsan Kitabxanaları necə çalışır?

Əslindəsistemin kitabxanadan bir fərqi yoxdur. Necə bir kitabı seçir, müvəqqətigötürür və oxuyursuz, bu kitabxanada da bir insan kitabı seçir, müvəqqətigötürür və hekayəsini şəxsən özündən dinləyirsiniz. İnsan kitablarını yarımsaatlığına oxuya bilərsiniz, amma daha çox oxumaq istəsəniz vaxtı uzada bilərsiniz.Bildiyiniz kitabxanalardan fərqi isə, insan kitabları evinizə aparabilməzsiniz.


İnsanlar canlı kitablara necə çevrilirlər?

İnsankitablar könüllü olaraq xidmət göstərirlər. Hər birinin fərqli həyatları,fərqli hekayələri var. İçlərində evsiz, cinsəltəcavüzə uğrayanı, seks işçisi, cinsiyyət dəyişdirəni, qaçqını da var. Bu insan kitablar,cəmiyyət tərəfindən təcrid olunan, önyarğılarla və neqativ düşüncələrləmübarizə edən  insanlardır.


İnsan Kitabxanasının məqsədi nədir?

Əvvəlcə, məqsəd empatiya qurmaq, bu insanlara qarşı olan önyarğıları aradan qaldırmaq.Bu kitabxanada insanlar hekayələri birinci şəxsdən dinləyərək, bir-birlərinitanıyırlar və cəmiyyətin özlərinə təzyiq göstərdikləri önyarğılardan xilasolaraq sevgi bağlılıqlarını gücləndirirlər. Təbbi bir də hadisənin o biritərəfi var, düşünün ki, kitablar ümumiyyətlə birə-bir yaşayandan çox üçüncü birgöz tərəfindən roman, hekayə, araşdırma olaraq bizlərə təqdim edilir. İnsanKitabxanasında isə bilgiyə birbaş insandan ulaşa bilirsiniz. Məsələn, evsiz bir insanı götürək, hekayəsini bir də özündən eşidirik, səmimietiraflarına şahid oluruq. Hər şey kimi kitabxanalar da dəyişir. Oxucularına,komputer, səsli kitab və e-oxuyucu üzərindən ulaşan yeni kitabxana anlayışınabir yenisi daha əlavə edildi. Bilgi ötürmənin ən yaxşı yolunun üz-üzəgərçəkləşən münasibətilə baş tuta biləcəyini düşünən bir qrup, insankitabxanası fikrini inkişaf etdirdi. 

Bu kitabxanadan kitab yerinə insan götürəbilirsiniz. Fikir son dərəcə bəsit. Maraqlı həyat yaşayan insanları müvəqqətiapara bilir və o vaxt ərzində ona soruşmaq istədiyiniz hər sualı verəbilərsiniz. Yarım saat ərzində, bir politoloq, bir şizoferniya xəstəsi, bir dinadamı, bir homoseksula və başqaları ilə bir masada qarşılıqlı, eynən romanoxuyurmuş kimi hekayəsini dinləyir və üstəlik heç bir cəmiyyət təzyiqi hissetmədən, cahil, önyarğılı ya da axmaq görünməkdən qorxmadan suallar verəbilirsiniz.

Beləcə özhəyatımızdan çox fərqli həyatlar yaşayan insanlar ilə empatiya qurmaq imkanıəldə edirsiniz. Söhbət etdiyiniz kitab kim olursa olsun, siz onun daxili aləmiilə tanış olacaqsınız. Söhbətin sonunda dərk edəcəksiniz ki, hər ikinizfərqlisiniz. Həyatı fərqli görür, fərqli şeylərdən qorxur və fərqli şeylərisevirsiniz. Fərqlisiniz amma, bir o qədər də eyni. Yaşadığınız həyat vəproblemlər nə qədər fərqli olsa da, eyni masa arxasında oturub deyib-güləbilirsiniz.

Mükəmməlfikir, Danimarkada gərginlikərin yol açdığı gənclik şiddətini azaltmaqməqsədilə yaradılmışdır. Kitabxananın qurucusu Ronni Abergel 2000-ci ildən buyana inanılmaz irəlləyiş əldə olduğunu deyir. Hər gün ziyarətçilərin sayı artırvə kitabxananın dünyanın müxtəlif ölkələrində filialları açılır.

mənbə: egitimsistem.com