Bu kafe və restoranlar cərimələndi - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 18-də ölkə üzrə 432 ictimai iaşə obyektində 766 monitorinq keçirib.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 66 ünvanında yerləşən, hüquqi şəxs “Burc” MMC-yə məxsus “Burc Qala” restoranı;
3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Fazilova Nərminə Anatolu qızına məxsus “Kaffeine Coffee House” kafesi;
4. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus yeməkxana.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Digər Xəbərlər
30 Dekabr 2025 11:26
Naxçıvanda qarın hündürlüyü 40 sm-ə çatdı
30 Dekabr 2025 11:15
Bakıda atəşfəşanlıq olacaq
30 Dekabr 2025 10:12
Növbəti 3 gündə hava necə olacaq?
30 Dekabr 2025 10:01
Bayram günlərində səfərə çıxan vətəndaşların nəzərinə! - VİDEO
29 Dekabr 2025 15:15
Yollar buz bağlayacaq - Xəbərdarlıq
29 Dekabr 2025 14:58
Arzu və Alena Əliyevalar “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə
29 Dekabr 2025 14:42
MİDA-nın 3 dekabr onlayn satışının nəticələri ləğv edilə bilər?
29 Dekabr 2025 14:07


Bakı -°C

