adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyun 2019 09:50
31355
ƏDƏBİYYAT

"Bu ittiham başqa yazıçılara yapışa bilər, amma Çingiz Abdullayevə..." - MÜNASİBƏT

Gəncşair Elşad Barat sosial şəbəkədə birmaşın şəkli paylaşıb həmin maşının xalq yazıçısı Çingiz Abdullayevə məxsusolduğunu və Azərbaycan Yazıçılar Birliyinə ayrılmış 800.000 manat hesabınaalındığını qeyd etdi.

Çox keçməmişÇingiz Abdullayev bu paylaşımın altına qəzəbli şərh yazaraq onu məhkəməyə verəcəyinibildirib. Həmin şərhi olduğu kimi sizə təqdim edirik:

"Vicdansız ElşadBarat! Sən mənim avtomobillərimin şəklini çəkmisən. Mən sənin kimi əhəmiyyətsizbir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm!Mənim "Cip" maşınım altı il bundan əvvəl alınıb.Mənim sənədlərim var.Ağ "kamri" maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mənöz gəlirlərim həqqında arayış verə bilərəm.

Sənin kimi istedadsızdan fərqli olaraq mən bütündünyada çap olunuram! Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavabolaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraqhər ay dərman almaq uçun yardım alır! Azərbaycan Yazıçılar Birliyinin vəsaitindənuşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq! Anar müəllimdə öz şəxsi vəsaitindənsənə yardım da edib! Mən səni kimi böhtançını məhkəməyə verirəm!”

Bu şərhdən sonra Elşad Baratdan məsələ ilə bağlıyeni açıqlama verib ölümlə hədələndiyini dedi:

"Əvvəla, Xalq yazıçımız Azərbaycan dilini yaxşıbilmir, üç cümlə söyüş yazıb, otuz səhv buraxıb. İkincisi, mən onun maşınının şəkliniçəkməmişəm, hansısa səhifədə paylaşmışdılar, mən də götürüb söyüşsüz-filansızpaylaşmışam. İndi baxıram o səhifədən siliblər. Çingiz müəllim əgər əmindirsəki, maşın onun deyil, niyə hirslənir, məni təhqir edir? Sakitcə deyə bilərdiki, bala, bu maşın mənim deyil, mən də deyərdim, ay Çingiz müəllim, səhifələrpaylaşmışdı, yanlış olub yəqin, üzrlü bilin və bununla da məsələ bağlanardı.

Yazar daha sonra əlavə edib:

"Çingiz müəllim məni sərt şəkildə təhqiredib və buna görə mən də şikayətçi olacam. Gedib məsələni kökündən həll edəbilmir, ilk kim paylaşıbsa, onunla işini həll edə bilmir, gəlib mənim kimikimsəsiz bir yazarın üstünə hücum çəkir? Bu, nə ədalətdir? Bu, nə yazıçılıqdır?Bayaq da mənə gizli nömrədən zəng gəlmişdi, məni ölümlə hədələdilər, bilmirəmkimlər idi. Mən ölümdən qorxmuram, sadəcə üç körpə balam var. Çingiz müəlliminmənə qarşı işlətdiyi təhqiramiz sözlərə görə isə sadəcə heyfsilənirəm.”

Bu məsələ ilə bağlı Azərbaycan YazıçılarBirliyinin mətbuat katibi Xəyal Rza və birliyin gənclər üzrə katibi RəşadMəcidin münasibətini öyrəndik.

Xəyal Rza bildirib ki, Elşad Baratın buaddımlarına bir məna verə bilmir:

"Elşad Barat Azərbaycan Yazıçılar Birliyindənuşağının xəstəliyinə görə yardım istədi və AYB digər yazıçılara daetdiyi kimi ona da yardım etdi. Bu yardım elə məhz Çingiz Abdullayevin təklifiilə ayrıldı.

Digər məsələyə gəldikdə isə ÇingizAbdullayev şəxsən mənim gözümün qarşısında tək bir kitabına görə 30000dollar qanorar almışdı. Yəni Elşad Barat o cür mövqeni səhv adama qarşı ortayaqoyur. , ittiham bəlkə başqa yazıçılara yapışa bilər, amma Çingiz Abdullayevəyapışa bilməz. Çünki, o, dünya şöhrətli yazıçıdır və kitabları da kifayət qədərsatılır,”

Xəyal Rza şər atmağın heç kiməyaraşmadığını da deyib:

"Əgər Elşad Barat bu məsələdə jurnalistkimi davranırsa, yaxşı olardı ki, jurnalist peşə etikasını yaxşı mənimsəsin vəbilsin ki, fakta əsaslanmayan bir şey yazmaq elə məsuliyyətə cəlb olunmaqdeməkdir.”

Azərbaycan Yazıçılar Birliyinin gənclərüzrə katibi Rəşad Məcidsə Elşad Baratla bağlı bu hadisədən əvvəl də fikrinidediyini bildirib:

"Azərbaycan Yazıçılar Birliyində ElşadBaratın birlikdən çıxarılması məsələsi müzakirə olunacaq. Özü dəməsələləri dərinləşdirir və görünür ki,elə bu müzakirələrin baş tutmasını sürətləndirir”.