adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Aprel 2019 11:24
14205
GÜNDƏM

Bu intihar həyəcan siqnalıdır... - SORĞU

Xəbər verdiyimiz kimi Bakı şəhəri 162 saylı tamorta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva intihar etmişdir. Bu xəbərölkə gündəmini, sosial şəbəkələrdə geniş əks səda doğurdu. Hadisə haqda ilkin məlumatdadeyilirdi ki, guya o ehtiyatsızlıq ucbatından məktəbin pəncərəsindən yıxılıb.Lakin daha sonra onun yıxıldığını yox özünə qəsd etdiyi məlum olub.

Adalet.az məsələ iləbağlı deputat, ziyalı, psxioloq və juranlistlərdən fərqli münasibət öyrənib. Səsləndirilənfikirlərdə günahlandırılan tərəflər və səbəblər müxtəlifdir. Bəs, məsələninkökündə duran əsas səbəb nədir? Niyə uşaqlar intihar edir?


Millət vəkili Qənirə Paşayeva: "Neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindəyəm.Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərlideyil… Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb.Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlərsistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır. Bu münasibətlər fərddən-fərdə,ailədaxili, məktəbdaxili, hətta toplumdaxili olsa da, olayın mahiyyəti dəyişmir:Elinanın faciəli addımı özünə ciddi münasibət tələb edir. Bu münasibəti məncə,bütün düşünən vətəndaşlarımız göstərməlidir: dərindən dərin, üfüqdən geniş!Yoxsa… "Yoxsa”sını yazmaq deyil, düşünmək belə ağırdır…Bu məsələ çox ciddiaraşdırılmalıdır. İnanıram, Təhsil Nazirliyi və müvafiq qurumlar məsələni gərəyincəaraşdıracaq. Elinaya fiziki və mənəvi təzyiq göstərən o manyak ruhlu yeniyetməkim olub, mütləq tapılmalı, haqq etdiyi qanuni cəzanı almalıdır. Ailənin,Elinanın xalası qızının məktəb rəsmilərinə Elina ilə bağlı müraciəti niyəcavabsız qalıb və ya niyə gərəkli tədbirlər görülməyib? - hamısı ciddiaraşdırılmalıdır.”


"Əməkdarjurnalist” və teletənqidçi Qulu Məhərrəmli: "Elinanın intiharı və bununlabağlı baş verənlər çox üzücü hadisələrdir. Bu hadisə məktəblərdə, ümumiyyətləorta məktəb təhsili sistemində problemləri üzə çıxarmaqla yanaşı, həm də cəmiyyətdəkimənəvi-əxlaqi naqisliklərin artıq qorxulu "bəhrələr” verdiyini göstərdi. İndi"uşaqlar niyə intihar edir” sualının çox cavabları var. Burada yaşpsixologiyasından gələn iftat həssaslıq, hədsiz çılğınlıq, ətrafdakı sosialmühitin, o cümlədən məktəbdəki mənəvi-psixoloji atmosferin, media və şəbəkədavranışlarının, uşağın özünün hansısa davranışa, xüsusən ədalətdizliyəqeyri-adekvat reaksiyası da müəyyən rol oynaya bilər. Bütün hallarda mən buhadisəyə cəmiyyətdə hökm sürən laqeydliyin, insan taleyinə biganəliyin və məsuliyyətsizliyinnəticəsi kimi baxıram.”


Psixoloq Gülnar Orucova: "Sadəcə, ətrafındakı insanların ona olan pismünasibətini dəyişmək istəyib. Əgər bir insan intihar edəcəyini əvvəlcədəndeyirsə, deməli, ətrafındakıların ona olan münasibətinin psixologiyasına pistəsir etdiyini açıq formada bildirmək istəyir. Yəni "məni intihara məcburetməyin” demək istəyib. Onun intihar barədə dedikləri, yazdıqları xəbərdarlıqsiqnalıdır. Düşdüyü mühit onu doğru anlaya bilməyib. Gözlədiyi dəstəyigörmədiyi üçün özünə zərər verməyə çalışıb. Bu hadisə məktəb direktorlarına,müəllimlərə, şagirdlərə dərs olmalıdır.İntihar etməkheç də insanların davamlı düşündüyü bir şey deyil. Bu, qəfil insanın ağlınagəlir və həmin anda ona cəhd edir. İnsanların əksəriyyəti özünü öldürməkməqsədilə intihar etmir. Sadəcə, özünə yüngül xəsarət verməklə qarşıdakı tərəfipeşman etmək və ya insanların özünə qarşı mərhəmətli davranmasını təmin etməküçün bu yola əl atır. Bəzi hallarda intihar edənlər həyatı bizdən qat-qat çoxsevən insanlar olur. Sadəcə, o adamlar həmin anda düşünürlər ki, içindəolduqları problemləri həll edə bilməyəcəklər”.


Hüquqşünas Rüstəm Hacıyev: "Bu faktla bağlı KİV-lərdə çox sayılı verisyalar səsləndirilir.Lakin hadisənin baş vermə səbəbləri hazırda Respublika Prokrorluğu və Daxiliİşlər Nazirliyinin istintaq qrupu tərəfindən aparılan araşdırmalardan sonra məlumolacaq. Yalnız ondan sonra günahkarların cəzalandırılması məsələsinə aydınlıq gələcək.

Sonzamanlar orta məktəb şagirdlərinin və ümumiyyətlə gənclərin intihar etmələriləbağlı hadisələrin sayı artmaqdadır. Bunun səbələrinin araşdırlması və aradanqaldırılması üçün kompleks tədbirlər görülməlidi. Mənim fikrimcə, əsas səbəblərdənbiri son 20-30 ildə cəmiyyətimizdə baş verən quruluşun dəyişdirilməsi faktı damüəyyən rol oynaya bilər. Məsələn, bütün neqativ halları ilə yanaşı, sosialistrejimi dövründə gənclər lap uşaq yaşlarından müxtəlif, maraqlarına uyğun dərnəklərəcəlb olunur, hətta onlar üçün yay tətilləri vaxtı da pioner, komsomol düşərgələritəşkil olunurdu. Burada onlar üçün müxtəlif yarışlar, müsabiqələr, əyləncələr,intellektual oyunlar və.s keçirilirdi. Uşaqların şəxsiyyət kimi formalaşmasıüçün bu cür tədbirlərin də rolu böyük olurdu. Məktəblərdə uşaqların təlim –tərbiyəsimühüm rol oynayırdı.

Hazırkıdövrdə, fikirimcə, uşaqlarda və gənclərdə aqressiyanın yaranmasının əsas səbəblərindənbiri də müasir texnologiayaların inkişafı və bu inkişafın istiqamətinin neqativtərəfə yönəldilməsində maraqlı olan transmilli korparasiyaların fəaliyyətdir. Fikirverirsinizsə, internet resurslarında maraqlı, tərbiyəvi əhəmiyyətlimateriallarla yanaşı çox sayılı aqressiya yarada biləcək materiallara da genişyer verilir. Müasir gənclik daha çox məhz aqressiya yarada biləcək materiallardan daha çox istifadə edir. Bu təkcədiqqət yetirsəniz, bu hallar tək bizim ölkədə deyil, bütün dünyada baş verir.Zorakılığı, vəhşiliyi təbliğ edən materiallara daha çox baxılır ki, bu da təbiiolaraq gənclərdə müəyyən aqressiya yaradır və bəzən iradəsi zəif olanları,mübarizə aparmağı bacarmayanlar arasında intihar hallarına gətirib çıxarır.”


"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: "Bu dəhşətli faciənin sadə vətəndaşdan təhsil sisteminin nöqsanlarına qədər bir çox məqamları əhatə edən kompleks səbəbləri var. Normalda məktəb direktoru şagirdə valideyn qədər yaxın, qayğıkeş olmalıdır. Əgər deyilsə, çox pis, amma məktəbli dostların qayğısı, şəfqəti direktorun vicdansızlığının təsirini azalda bilərdi. Amma direktor da vicdansızdır, şagirdlər də; tam bir-birinə uyğundurlar, yəni elə zalım şagirdlərə o cür də əzazil direktor lazımdır. Bu iki zalım tərəfdən ibarət mexanizmin çarxlarının arasında qalan zavallı, məsum bir qız həyatını itirib. Bu, məktəbin şagirdlərinin də vicdanında bir ləkədir, rəhbərliyinin də! Biri pis idisə, digəri yaxşı olsa, Elina ölməyəcəkdi, amma təəssüf ki, ona qarşı hamı pis və vicdansız olub."