Bu ildən vahid tələbə kartının tətbiqinə başlanılacaq
Yeni tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparmışıq və müəyyən razılıqlara gəlmişik.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin yanında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, həmin kart vasitəsilə tələbələr müəyyən endirimlərdən faydalana biləcəklər.
“Eyni zamanda özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə başlanılacaq”, - deyə qeyd edib.
Digər Xəbərlər
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47


Bakı -°C

