adalet.az header logo
  • Bakı -°C
24 Fevral 2026 16:27
65
İQTİSADİYYAT
A- A+

Şərqi Zəngəzurda iaşə dövriyyəsi 76%-dən çox azaldı

2025-ci ildə Şərqi Zəngəzurda iaşə dövriyyəsi 891,4 min manat olub.

Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin göstəricisi ilə müqayisədə bu sahədə 76,3% azalma qeydə alınıb.

Bölgələrdə iaşə dövriyyəsinin dəyəri Abşeron-Xızı iqtisadi rayonunda 92 milyon 80,9 min manat (12% artım), Gəncə-Daşkəsəndə 87 milyon 103,1 min manat (10,1% artım), Mərkəzi Aranda 86 milyon 703,8 min manat (9% artım), Lənkəran-Astarada 77 milyon 438,6 min manat (8,5% artım), Quba-Xaçmazda 76 milyon 385,5 min manat (7,7% artım), Şəki-Zaqatalada 73 milyon 782,8 min manat (10% artım), Qarabağda 60 milyon 183,2 min manat (10,4% artım), Naxçıvanda 53 milyon 717,4 min manat (2% artım), Şirvan-Salyanda 51 milyon 227,7 min manat (9,6%), Qazax-Tovuzda 45 milyon 974,2 min manat (10,8% artım), Dağlıq Şirvanda 41 milyon 238,5 min manat (8,8% artım), Mil Muğanda isə 28 milyon 825,1 min manat (4,4% artım) olub.

Qeyd edək ki, ötən il Azərbaycanda iaşə dövriyyəsi 2 milyard 808 milyon 551,2 min manata bərabər olub. 2024-cü illə müqayisədə artım 12,2% təşkil edib. Bakıda isə dövriyyə 2 milyard 32 milyon 999 min manat olub ki, bu 13,7% artım deməkdir.