Bu il Jurnalistika fakültəsinin I kursu olmayacaq - Naxçıvanda
Bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq. "Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyini açıqlayıb”.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a universitetin tədris şöbəsindən məlumat veriblər. Şöbədən həmçinin bildiriblər ki, həmin tələbənin ixtisası dəyişdiriləcək: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu barədə məktub yazmışıq. Onlar tələbənin öz qrupu daxilində universitetimizin digər bir fakültəyə yerləşdirəcəklər”.
NDU-nun jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı ilə aparılıb. Qabiliyyətdən keçən 51 nəfərdən 47-si sözügedən ixtisasına yiyələnmək istəyib. Sonda cəmi bir nəfəri NDU-nun jurnalistika fakültəsini seçib.
Digər Xəbərlər
02 May 2024 17:40