adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Sentyabr 2014 11:27
5585
HADİSƏ

Bu il əlil və şəhid ailələrinə 172 mənzil təqdim olunub

Bu ilin ötən dövrü ərzində əlil və şəhid ailələrinə 172 mənzil təqdim olunub. Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən (ƏƏSMN) Adalet.az-a daxil olan məlumata görə 2014-cü il yanvarayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsinvə şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdievlə təmin edilməsi planlaşdırılır.

 Qeydedək ki, 2014-cü ilədək 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib.

Müvafiq qanunvericilik aktlarında ƏƏSMN-ninsifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslərüçün deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarınıitirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Digər tərəfdən, əlilvə şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyəgötürülməsi ƏƏSMN tərəfindən deyil, aidiyyatı rayon (şəhər) İH-ləri tərəfindənhəyata keçirilir.

Bununla bərabər, Azərbaycan RespublikasıPrezidentinin "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 65illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiqedilməsi haqqında” Sərəncamına  əsasən,bir qrup Böyük Vətən müharibəsi əlili və iştirakçısına da ƏƏSMN tərəfindən inşaetdirilən yaşayış binalarında mənzillər təqdim olunur. Həmçinin Çernobıl AES əlillərimüharibə əlillərinə bərabər tutulan şəxslərdir və Çernobıl Əlilləri Cəmiyyətininmüraciəti əsasında bu kateqoriyadan olan bir sıra şəxslərin də mənzillə təminatıhəyata keçirilib. Eyni zamanda, Gözdən Əlillər Cəmiyyətinin müraciəti əsasındaistisna hal olaraq, ƏƏSMN-nin sifarişi ilə Bakının Nərimanov rayonunda  gözdən əlillər üçün çoxmənzilli yaşayışbinası inşa olunur.