Bu il Bakıda 1500-dən artıq yol nişanı yenilənib (FOTO)
Paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılmaqdır.
Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Agentliyin mütəxəsissləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib. Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusəndə ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09