Bu gün Yerə təhlükəli asteroid yaxınlaşır - NASA
"Faeton” adlı nəhəng asteroid dekabrın 16-da Yerə yaxınlaşacaq.
Bu barədə məlumat NASA agentliyinin rəsmi saytında yer alıb. 4,8 kilometr diametrli göy cismi planetimizə 10 milyon kilometrə qədər yaxınlaşacaq. Növbəti dəfə belə yaxınlaşma 2093-cü ildə baş verəcək.
Qeyd edək ki, NASA-da "Faeton” Yer üçün potensial təhlükə kəsb edən göy cismi hesab edilir. Onun Yerlə toqquşacağı təqdirdə çox ciddi zərər verəcəyi deyilir.