adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyun 2019 15:58
22906
ƏDƏBİYYAT

Bu gün ömür bitdi, xatirələr bitmədi

"Kitabbitdi, xatirələr bitmədi”

NatəvanHacıyeva

Ulularımızın bir deyimi var: "Dünya bir pəncərədir, hər gələn baxargedər”.

Bəli, bu pəncərədən baxıram Natəvan xanımın qoyub getdiyi izlərə,düzdür, bizim də sıramız var. Ancaq Sizi amansız xəstəlik tez bir zamanda üstələdi.Hələ neçə xatirələriniz var idi yazmağa. Mavi ekrandan Sizi sevən tamaşaçılarlada vidalaşa bilmədiniz. Deyiləsi çox sözünüz qaldı. 2016-cı ildə işıq üzü görən"Televiziya dünənim, bu günüm və sabahımdır” kitabınızda Azərbaycan televiziyasınınyaranma tarixindən və xatirələrinizdən danışarkən bir ifadə həmin andanhafizəmə həkk olundu: "Kitab bitdi, xatirələr bitmədi”. Təəssüf ki, 1 may2019-cu ildə kədərli bir xəbər ölkəyə yayıldı. Azərbaycan televiziyasının ilkrəsmi diktoru, Respublikanın Əməkdar artisti Natəvan Hacıyeva öz Haqq dünyasınaqovuşdu. Ömür burda bitdi. (Çox təəssüflənirəm ki,göz yaşlarımı tuta bilmirəmbu sətirləri yazarkən). Lakin Sizi sevənlərin ürəyində sizli xatirələr bitmədi,əksinə, yenidən cücərməyə başladı. Baharın bu çiçəkləyən dövründə qəlbimizdəqönçə-qönçə açmağa başladı. Sizinlə vidalaşmağa gələn, çiyin-çiyinə neçə illərAz.TV-də çalışan tanınmış diktorlar - Şərqiyyə xanım, Roza xanım, Ofeliyaxanım, Nailə xanım, Həqiqət xanım, Tamella xanım, Solmaz xanım, gənc kadrlardan– Lalə AzərTAC və başqaları kədər yaşını boğa bilmirdilər. Hər qəlbdə sizinləbağlı xatirələrin və qazandığın el məhəbbətinin izi idi bu yaşlar.

Sizinləmənim tanışlığım 2010-cu ilin yayından başladı. Üzbəüz Sizi görəndə,söhbət edəndə həmin gün özümü çox xoşbəxt hesab edirdim. 2010-cu il sentyabrayının 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya AzərbaycanlılarıKonqresi Qadınlar Şurası və "Dünya” Ana və Uşaqlar İctimai Birliyi tərəfindənyaradıcılığınızın 50 illiyinə hazırlaşırdıq. Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva, müavinisə mən idim.

İlk öncə fikirləşdik ki, bu yükün altında çiyinsaxlamaq çətin olar. Çünki Natəvan xanım qeyri-adi xarakterli, ünlü hörmətəlayiq bir xanımdır. Tədbirə hazırlaşan gündən düz iki ay hər gün bir yerdə olduqvə bu tanışlıq ailəvi get-gələ çevrildi. Hər bir gün üçün bir dəftərlikxatirəniz var bizdə, Natəvan xanım.

Heyf, çox heyf ki, bu səmimi sözləri göz yaşı içindəqələmə alıram.

Təbiblər xəstəliyin önündə naçar qaldı. Sağ olsunSevil xanım, qızı Fərəh xanım, Avropa xəstəxanalarından birində Sizə yerayırdılar.

İsveçrənin Cenevra şəhərində Hopital Cantonalda martın2019-cu il mart ayının 13-22-i arasıbütün müayinələrdən keçdikdən sonra qoyulan diaqnoz ümid işığının olmadığınıgöstərdi.

Beləliklə, heyf ki, Natəvan xanımın ömür yolu çoxsürətlə son yolçuluğa yetişdi.

Qızı Cəmilə xanımın və iki qız nəvəsinin, bir qruphəkim və tibb bacılarının zəhməti faydasız oldu. Sizi qoruyub saxlaya bilmədik.Əlimdə titrəyən qələm bilməzdim ki, bir gün qəm yazacaq. Necə dəyərli birxanımı itirmişəm, ay Allah. Mənə deyirdi ki, mənə bacı oldun. Bizim Gəncəsəfərimiz, ali təhsil məktəblərində görüşlərimiz hamısı sanki nağıl imiş.

5 qardaşın 1 bacısıydın. Qardaşınız rəhmətlik Toğrul müəllimin həyat yoldaşı Sevilxanım Hüseyn qızının Sizə olan qayğısını gördükdən sonra sevimli gəlinlərə necəbir baldız olduğunuz, hər kəsdən sevgi qazandığınız göz önündə oldu. DeyirdinSevildən yoxdu, xeyəriyyəçi xanımdı. Gördüyüməəsaslanaraq Sevil xanıma mən də öz təşəkkürümü bildirirəm. Atalar sözü var: "Əslinsan dar gündə tanınar”.

Bakıdakı klinikalardan birində profilaktik olaraqmüayinədən keçən Natəvan xanımın qara ciyərində patalogiya olduğunu deyirlər.Düzdür, Natəvan xanım ömrünün son gününə kimi dərdini hiss etsə də, özünə dəqiqdeyilmədi.

Natəvan xanım Bakı şəhəri 10 iyunda tanınmış,istedadlı hüquqşünas Əsgər Hacıyevin ailəsində dünyaya gəlib. Əsgər müəllimhamımızın sevə-sevə izlədiyimiz "Axırıncı aşırım” filmindən yaxşı tanıdığımızKərbəlayi İsmayılın nəvəsidir. Bəli, Natəvan xanım Kərbəlayi İsmayılın nəticəsiolaraq onun qanını daşıyırdı. Ümumiyyətlə, Natəvan xanımın çox maraqlı həyatı olub.Natəvan xanım ailənin ilk övladıdır. O, dünyaya gəldiyi zaman Əsgər müəlliməkim göz aydınlığı vermişsə, "Qıza nə göz aydınığı?” – deyə cavab verirmiş. Ozamanlar fəlsəfə elmləri namizədi olan Şükufə xanım Mirzəyeva bu cür cavabdansonra Əsgər müəllimə: "İcazə verin Sizin qızınızın adını mən qoyum, onun adınıXurşudbanu Natəvanın şərəfinə Natəvan qoyun. Qoy o adı daşıyacağı şairə kimi,vətənini, xalqını sevən, savadlı, xeyirxah bir insan kimi böyüsün, həmişəbirincilər sırasında olsun”.

Doğrudan da belə oldu. Natəvan xanım 16 yaşında ortaməktəbi qızıl medalla bitirib, Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatİnstitutuna daxil olur. Qəbul olarkən heç ağlına belə gəlməzdi ki, onu irəlidəböyük sürprizlər gözləyir.

İlk debütü "Aygün” bədii filmində Aygünün rəfiqəsirolunu oynamaq oldu.

İkinci debütü 1960-cı ildə adını daşıdığı şairəninheykəlinin açılışında ona həsr etdiyi şeirini oxumasıdır. Elə həmin ilin avqustayının 22-də Azərbaycan Dövlət Televiziyasında müsabiqə yolu ilə ilk peşəkardiktor qəbul olundu.

Beləliklə, Kərbəlayi İsmayılın nəticəsi Natəvan xanım ölümüngözünə dik baxdı. Hər kəslə sağollaşıb,- üzümü qibləyə çevirin, - deyərək gözünü əbədi yumdu.

Respublikanın Xalq artisti Şərqiyyə Hüseynova

1962-ci ildən bu günə kimi olan xatirələrdən, Natəvanxanımın necə zəhmətkeş ana, nənə olmasından , peşəkar aparıcı kimi özündənsonra bir məktəb qoymasından, onun əvəzsiz xoş təbəssümündən, yaddaqalan ağıllıbaxışlarından danışdı.

Barat Şəkinskayanın qızı Solmaz xanım Natəvan xanımınqeyri-adi zarafatlarını yada saldı. Belədir həyat. 77 illik ömür indi xatirəyədöndü. Qızı Cəmilə xanım çalışır ki, özünü qəmsiz, kədərsiz göstərsin. Çünkianası Natəvan Hacıyeva Respublikanın Əməkdar artisti, ilk rəsmi diktor, ikikitab müəllifi kimi şanlı-şöhrətli ad qoyub gedib.

Natəvan xanımın son günlərində illər öncə rəhmətəgetmiş sevimli qardaşı İftixarın həyat yoldaşı Təranə xanıma üzünü tutaraq, - səndən İftixara salam aparacam, - deməsi hərkəsi təəccübləndirmişdi. Ölümünü öncədən hiss etmişdi Natəvan xanım.

Çox istərdim ki, Natəvan xanımın AzTV-də 14 ilmüəllifi olduğu "Ötənlərdən, keçənlərdən” verilişi yenidən efirə qayıtsın vəNatəvan xanım haqqında 77 illik ömür yolundan söhbət açsın.

Ailəmiz adından Natəvan xanımın ailəsinə vəyaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Sara Göyçəli

Azərbaycan JurnalistlərBirliyinin üzvü, şairə, "Qızıl qələm” və "Xan qızı Natəvan” Media mükafatlarılaureatı