İlin ilk Günəş tutulması başladı - YENİLƏNİB
İlin ilk Günəş tutulması başlayıb və 18:27-də başa çatacaq.
Bu barədə Adalet.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Günəş tutulmasının maksimum fazası 16:12-yə təsadüf edəcək.
Bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunur.
Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünür.
Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.
11:47
Bu gün Günəş tutulması hadisəsi olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“İlk yarımkölgənin Yerə düşməsi Moskva vaxtı ilə saat 12:58-də (Bakı vaxtı ilə 13:58-də) olacaq. Halqavari faza 14:44-dən 15:37-dək davam edəcək. Pik mərhələ isə 15:13-ə təsadüf edir”, – deyə məlumatda bildirilir.
Digər Xəbərlər
25 Oktyabr 2026 15:36
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
24 Oktyabr 2026 15:38
Zığda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
23 Oktyabr 2026 18:10
4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan
23 Oktyabr 2026 10:38
Reza Deqati YARALANDI
23 Oktyabr 2026 10:28
Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü
22 Oktyabr 2026 16:34
Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
22 Oktyabr 2026 13:06
Bakıda avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı
22 Oktyabr 2026 11:02


Bakı -°C

