Bu gün 50 illik yubileyi olacaqdı, oğlu öldürdü
Dünən Mingəçevir şəhərində qətl törədilib.
Adalet.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Xətai küçəsi 10 ünvanında yerləşən binadakı mənzildə Nail Məhərrəmov anası Kəmalə Məhərrəmovanı qətlə yetirib. Hadisəni törədən N.Məhərrəmov tutulub.
İlkin araşdırma zamanı məlum olub ki, K.Məhərrəmova əczaçıdır və uzun illər aptekdə çalışıb. Qadının həyat yoldaşı 5 il əvvəl vəfat edəndən sonra 3 oğlunu özü böyüdüb. Nail Məhərrəmov isə bir müddət əvvəl hərbi xidmətdən qayıdıb. Daha sonra nişanlanan gənc oğlan toya hazırlaşırmış.
Qətlin hansı səbəbdən törədilməsinə gəlincə, N.Məhərrəmov ilkin fadəsində anasını qısqanclıq zəminində öldürdüyünü deyib.
K.Məhərrəmova bu gün doğulduğu Yevlax rayonunun Xaldan qəsəbəsində dəfn edilib.
Qeyd edək ki, bu gün onun 50 yaşı tamam olmalı imiş.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06