adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2020 15:43
57579
ƏDƏBİYYAT

BU DA BELƏ BİR ÖMÜRDÜ YAŞADIM - Əzizə SÜLEYMANOVA yazır

"Dövrünün yaxşı şairiidi", "öz dövrü üçün doğulmuş şair idi" və başqa bu kimi sözləritez-tez eşidirik. Dövrünün şairi olmağı bir çoxları bacardı. Ancaq öz dövründənəvvəlin də, öz dövrünün və özündən sonrakı dövrün də şairi olmağı bacarmaq hərkəsə nəsib olmur. İllər keçsə də unudulmayan, bütün dövrlərdə aktuallığını qoruyubsaxlayan, heç vaxt öz əhəmiyyətini itirməyən şeirlər yazmaq, heç kimin demədiklərinidemək onun nəsibi oldu. Yaradıcılığı boyu toxunduğu bütün mövzularda ən yüksək zirvəyə çatdı. Görün nə boyda bir xəzinəninaçarını özü ilə apardı! Daha heç kim o xəzinənin açarını tapmayacaq! Onun açarı da özü ilə torpağa qovuşdu. Lakinyazıb yaratdığı poeziya nümunələri ilə, özünün də dediyi kimi, zirvələrin əlçatmazqayası oldu:

Zirvədəki əl çatmayan qala mən,

Ətəkdəki sinə, cığır, tala mən.

Xudafərin harayından qalan mən,

Bu da belə bir ömürdü yaşadım.

Qüdrətli söz ustaları haqqında danışmaq çətin və məsuliyyətlidir.Bu, axı hər hansı bir adamın könlünü xoş etmək üçün deyilmiş tərif, arzu, istəkdeyil! Söhbət zirvələri fəth edən sənətkarlar haqqında olanda bir anlıqduruxursan. Ədəbiyyatımızda söz sahibiolmuş biri haqqında söz demək çox çətindir, çox məsuliyyətlidir, ancaq bunanail ola bilmək həm də qürürvericidir.

O, mənim orta məktəb dövründəşeir müsabiqələrində şeirlərini fəxrlə səsləndirdiyim uşaqlığımın şairi idi.Onunla eyni kənddə doğulub böyüsəm də, keçdiyi yerlərdən keçib, içdiyi sulardaniçsəm də, etiraf etməliyəm ki, bu torpağı, bu daşı, bu kəndi məhz onun vətənqoxulu əsərlərini oxuduqdan sonra dahaçox sevmişəm. Bu tanışlıqda qüdrətli söz ustadı Xalq şairi Məmməd Araz mənim ənsevimli, ən mehriban, ən səmimi müəllimim olub. O, hər zaman özünə inamlıolmağı öyrədib, yeri gələndə ata təköyüd-nəsihət verib, həyatı bütün rəngarəngliyi, acısı-şirini, dərdi-səri ilə qəbuledib, yaxşılıqları görməyə səsləyib, öz yerini, mövqeyini, özünü tapmağı öyrədibvə s. O, hər şeydən əvvəl Azərbaycan qızı olmağımın qürurunu yaşadıb mənə:

Gör, Azəri qızı, düşündüm nəyi,

Sən kişi ömrünün dəyirman pəri.

Koroğlu Misrinin Nigar dəstəyi,

Nəbi Aynalının Həcər səngəri.

Bu görkəmli şairin yaradıcılığıbir vətənpərvərlik dərsliyi kitabıdır. Vətəni uğrunda ölə biləcək qədər sevməyi,vətəni hər şeydən, hər kəsdən üstün tuta bilməyi, vətənin daşı ola bilməyi,harda oluruqsa olaq, hər məqamda "Vətən, Azərbaycan" deməyi, əyilməzliyiöyrədib bizə. Bu mənada "Onun Vətən məhəbbəti, Məhəbbətdən ağır gəldi".Xalq şairinin bu sözlərində məhz Vətənin çağırış nidaları səslənir, mübarizlərinhimni təsirini bağışlayır:

Bu gün gərək hər anımız

Vətən desin!

Qılıncımız, qalxanımız

Vətən desin!

Qoca millət hər andımız,amalımız

əgər varsa,

Zərrə qədər imanımız,

İmanımız Vətən desin!

Yaradıcılığı bütün həyatıma təsiredən Məmməd Arazın ev muzeyində işə başlamağımı isə o vaxta qədərki uğurların ənböyüyü hesab edirəm. Bu iş vasitəsi ilə MəmmədArazın həyat və yaradıcılığı ilə daha yaxından tanış olma imkanı tapdım. ƏslindəMəmməd Araz düşündüyüm qədər sadə bir həyat deyil, hələ uşaqlıqdan çox keşməkeşli,məşəqqətli bir həyat yaşayıb. Məmməd Arazın ata-anası Zəngəzurda doğulub. Atasıİnfil kişi Qara kilsənin Ağdü kəndində, anası Cahan xanım isə Urudda anadanolub. İllər boyu bu ailə erməni zülmündən min bir bəla çəkib. 1918-ci il hadisələrizamanı ailə Şahbuzun Nursu kəndində məskunlaşmalı olub.

İnfil kişinin beş övladı olub.Böyük oğlu İbrahim doğma kəndində müəllimişləyib. Kiçik oğlu Əbülfəz də müəllim olub. Əbülfəz müəllim həm də istedadlınasir kimi yazıb-yaradıb. O, "İldırım bulağı" kitabının müəllifidir.İnfil kişinin qızları Gülsüm və Məryəm də kənddə yaşayıblar.

Məmməd Arazın uşaqlığı ağırrepressiya illərinə təsadüf edib. 1945-ci ildə atası İnfil kişini "siyasıdustaq" kimi həbs edərək 1955-ci ilə qədər Qazaxıstanda həbs düşərgəsindəsaxlayıblar. Atası həbs olunanda Məmməd Arazın cəmisi 12 yaşı varmış. Böyükqardaşı orduda imiş. Ailə bir parça çörəyi güclə tapırmış. Ən yaxın qohumlarıbelə bu ailəyə yardım etməyə qorxurmuşlar. Həyatın amansızlığı, insanlarınriyakarlığı qarşısında çox əzab çəkən, lakin heç vaxt sınmayan, əyilməyən İnfilkişi ömrü boyu el üçün çalışıb, millət üçün xeyirxahlıq etmişdi; yaşadığı kənddəbağ salıb, körpü tikdirib, su çəkdirmişdi. Nursu kəndində həmin o alma bağınıbu gün də İnfil kişinin bağı adlandırırlar. Görkəmli elm adamı akademik İsa Həbibbəyliçox dəqiq yazırdı ki: "İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyüömür boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması şairindünyagörüşündə, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm roloynamışdır. Ondan aldığı həyat dərslərinin nəticəsində Məmməd Arazpoemalarının ən güclüsü, qüdrətlisi olan"Atamın kitabı" poemasını yazdı. Bu poemada ömrünün yüz ilinə qədəmqoymuş, vətəndaş müharibəsinin, kolxoz hərəkatı dövrünün, Böyük Vətən müharibəsininvə ümumən ömrün illərinin qınaqlarından keçmiş, ən çətin anlarında torpaqdangüc almış bir kəndli qocanın həyatından söz açmışdır".

Anası Cahan xanım isəsözlü-söhbətli dünyası ilə oğlunu gələcək həyata hazırlamışdı. Cahan xanım da nəğməkarolub: çoxlu şeirlər qoşar, bayatılar deyərmiş. Bəlkə də Məmməd Araz şairlikistedadını anasının laylalarından, bayatılarından almışdı. Hətta yaxınqohumları ilə söhbət zamanı dedilər ki,şairin bibisi qızı Cumayə nənə Cahan xanımın oxuduğu nəğmələri qeyd edib saxlayıb. Cumayə nənədəneşitdiyim və Cahan xanımın oğlu Məmmədə qoşduğu bir neçə bənd şeir mənim dədiqqətimi çəkdi. Oğlunun şair olduğunu öyrənən Cahan xanım sevincini belə ifadəedib:

Ağa bəy gəldi yanıma,

Bir sevda saldı canıma.

Xəbər verin Cahan xanıma,

Oğlun Məmməd şair olub.

Qurban olum hacısına,

Şirininə, acısına.

Xəbər verin Gülsüm bacısına,

Oğlun Məmməd şair olub.

Şairlik sənətinin Məmməd Arazıöz elindən, obasından uzaq salmağı hərdən anası Cahan xanımın gileyinə səbəbolub:

Qələmini alıb ələ,

Sığal verib qara telə.

Gələ bilmir bizim elə,

Yaman qarışıqdır başı Məmmədin!

Yaxud:

Düşübdü dillərə sözü Məmmmədin,

Qalıbdı bir qızda gözü Məmmədin.

Araz qırağında, Şahbulağında,

Gəleydi, gəzeydi özü Məmmədin!

Anasına nəsib olmayan şairlikoğluna nəsib oldu. Bu səmimi ana-oğul münasibəti şairin ən zərif, ən incə, ən orijinal şeirləriniana mövzusunda yazmağına gətirib çıxardı.

Məmməd Arazın ana haqqındakı hərkəlməsi zərb-məsəl kimi səslənir: "Uşaqlıq itirmək, gənclik itirmək, Anaitirəndə yada düşərmiş", yaxud "Çırağı anaymış ata yurdunun" vəs.

Bəlkə də insanlar düşünür ki, səsibunca yüksəklərdən gələn şairin çəkdiyi əzab-əziyyət bununla da bitdi. Təəssüf ki, ömrünün daha yaxşı yaza biləcəyi ənyaxşı illərini amansız bir xəstəliklə mübarizədə keçirdi; nə az, nə çox, düz 30il parkinson xəstəliyindən əziyyət çəkdi. Çox maraqlıdır, şairin hələ çoxdan ürəyinəbir qorxu düşmüşdü, hələ çoxdan narahat idi şeirlərində.

Vay odu, olasan yataq yorğunu,

Vay odu, vədənə ölüm gecikə, -

deyən şairin qorxduğu başına gəlmişdi.

Biganəlik də gördü, laqeydlik də,yataq yorğunu olmaqlıq da, gözü yolda qalmaqlıq da. Özünün də vaxtilə yazdığıkimi: Böyüklərin faciəsi də böyük olur... Amma nə qədər çətin də olsa, öz bənzərsizömür yolunda acılarına heç kəsi şərik etmədi. Bu məşəqqətli həyat yolunu"bir mərd qadınla keçdi", "sizə yetim deyən olsa, qızlarım"deyə bir ata kimi nigarançılıq yaşadı, "haqqın yox, Məmməd Araz, haqqınyox yaşamağa" deyə öz-özünü bəzən ittiham etdi, bəzən də vətəndaş əməllərininqarşılığında "haqqın var, Məmməd Araz, haqqın var, yaşamağa" deyəvicdanını rahat tutdu. Heç vaxt əyilmədi, əqidəsindən dönmədi. Çox keşməkeşli,məşəqqətli bir həyat yaşayıb, maddi və mənəvi sıxıntılardan, imtahanlardan keçərəkən yüksək mərtəbəyə, zirvəyə - "İstiqlal" ordenli Xalq şairi adınalayiq oldu, milyonların qəlbində taxt qurdu, Azərbaycan daşında bitdi. Fəxrixiyabanda bir daş var, bu daş altda Məmməd Araz yaşayır...


Əzizə SÜLEYMANOVA, 
Şahbuz rayon Nursu kəndindəki Məmməd Arazın Ev Muzeyinin direktoru