"Bu cür oyunlarda motivasiya önəmlidir" - Qurban Qurbanov
“Doğma meydanda məğlub olmaq istəmirdik. Rəqibi təbrik edirəm. Bəlkə də onlar layiqli qələbə qazandı”.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” komandasına 1:2 hesabı ilə məğlub olduqları II tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, oyun ərzində komandasının bir sıra qol fürsətləri əldə etdiyini bildirib: “Bəlkə də oyun planından uzaqlaşmışıq. Ruhdan düşmürük. Zədəli oyunçuların olması komandaya təsir edir”.
Mütəxəssis Julio Romaonun özünü yaxşı hiss etmədiyi üçün əvəzlədiyini söyləyib: “Bunu Bəhlul Mustafazadəyə də aid edərdim. İlk yarının sonlarında onda problemin olduğunu hiss etdim. Buna görə dəyişikliyə əl atdım”.
53 yaşlı mütəxəssis bu cür oyunlarda motivasiyanın önəmli olduğunu vurğulayıb: “Bu vəziyyət həm bizə, həm də futbolçularıma təcrübə qazandırdı. Futbolda belə matçlar olur. Heç bir oyunçu eyni formada qalmır. Rəqiblərimizi zəif hesab etmirik. Bizim də gücümüz var”.
Digər Xəbərlər
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32
“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid etdi
27 Dekabr 2025 13:17


Bakı -°C

