Bu COVID peyvəndi xərçəngə təsir göstərir
COVID-19-a qarşı mRNT peyvəndi xərçəngin immunoterapiyasına başlanıldıqdan qısa müddət sonra tətbiq edilərsə, orqanizmin şiş əleyhinə immun cavabını gücləndirə bilər.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticəyə Florida Universiteti və MD Anderson Xərçəng Mərkəzinin alimləri gəliblər.
Mütəxəssislər ağciyər və dəri xərçəngi diaqnozu qoyulmuş minə yaxın xəstənin məlumatlarını təhlil ediblər.
Məlum olub ki, immunoterapiyaya başlandıqdan sonra 100 gün ərzində mRNT peyvəndi alan xəstələr daha uzun ömür sürüb. Belə ki, ağciyər xərçəngi olanlarda orta ömür müddəti 20 aydan 37 aya, melanomada isə 26 aydan 40 aya qədər artıb. Digər növ peyvəndlər, o cümlədən qripə qarşı preparatlar isə oxşar təsir göstərməyib. Alimlərin fikrincə, bu təsir mRNT peyvəndlərinin təbii immuniteti aktivləşdirmə xüsusiyyəti ilə əlaqədardır. Peyvənd immun sisteminə “siqnal impulsu” göndərərək onu yenidən proqramlaşdırır və şiş hüceyrələrini daha effektiv tanımağa və məhv etməyə kömək edir. Xüsusilə, immunoterapiyaya zəif reaksiya verən xəstələrdə bu təsir daha güclü müşahidə olunub.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

