adalet.az header logo
  • Bakı -°C
06 Yanvar 2026 10:54
100
MARAQLI
A- A+

Bu balıq 3 milyon dollara satıldı

Yaponiyanın paytaxtı Tokioda yerləşən Toyosu Balıq Bazarında hər il keçirilən ənənəvi balıq hərracı keçirilib.

Adalet.az xəbər verir ki, müxtəlif bölgələrdən tutulan qiymətli balıqların nümayiş olunduğu hərracda Aomori prefekturasındakı Oma şəhəri sahillərində tutulan 243 kiloqramlıq mavi üzgəcli tuna balığı rekord qiymətə - 510,3 milyon yenə (təxminən 3,2 milyon dollar) satılıb.

Balığın "Sushizanmai" restoran şəbəkəsinin filiallarında müştərilərə adi menyu qiymətləri ilə təklif olunacağını açıqlanıb.