adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2024 16:59
450
DÜNYA

Britaniyalı qadın sahildə nəhəng mamont dişi tapıb

İngiltərə sakini çimərlikdə mamont dişi tapıb.

Adalet.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayın.

56 yaşlı Kris Bien əri ilə çimərlikdə gəzərkən mamont dişinə rastladığını bildirib. Britaniyalı qadın arxeoloji qazıntıları sevir, ona görə də belə bir artefakt tapdığı üçün özünü çox şanslı hesab edir. Bienin sözlərinə görə, diş iki kiloqramdır və çox güman ki, təxminən 1,8 milyon il əvvəl yer üzündə gəzmiş çöl mamontuna aid idi.

“Bu diş çox gözəldir. Mən məmnunam”, - deyə qadın öz emosiyalarını nəşrlə bölüşüb.

Kris tapıntısını qoruyub saxlamağı və hamının görməsi üçün sərgiyə qoymağı planlaşdırır.