adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 17:26
78
DÜNYA
A- A+

Britaniya SEPAH-ı terror təşkilatı elan edib

Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Adalet.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Krallığın təhlükəsizlik naziri Anjela İql parlamentə ünvanladığı yazılı müraciətdə bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu Britaniya vətəndaşlarının həyatını təhdid edən fəaliyyətlə məşğuldur.

Londonun Tehranla əlaqələndirdiyi "Sağ Tərəf Tərəfdarları İslam Hərəkatı" (Islamic Movement of the Companions of the Right) da sanksiya siyahısına daxil edilib. Bildirilir ki, təşkilatın üzvləri Böyük Britaniyada yəhudi icmalarına qarşı silsilə hücumlar həyata keçiriblər.